Ermənistanda sutkada 2200-dən çox insan koronavirusa yoluxdu - 21 nəfər öldü
28.10.2020 12:38
Ermənistanda COVİD-19-a yoluxan və ölənlərin sayı artıb.
Anews.az "worldometers”ə istinadla xəbər verir ki, Ermənistanda son 24 saatda 2241 nəfər koronavirusa yoluxub, 21 nəfər isə həmin xəstəlikdən dünyasını dəyişib. Nəticədə, Ermənistanda COVİD-19-a yoluxanların ümumi sayı 82 min 651-ə, ölənlərin sayı isə 1243-ə çatıb. www.anews.az