• $
  • €
  • ₽
  • ₺
  • £

Fransada hərbi sərgidə Türkiyənin snayper tüfəngi oğurlanıb

Fransada hərbi sərgidə Türkiyənin snayper tüfəngi oğurlanıb
21.06.2014 12:00
Parisdə ötən gün yekunlaşan «Eurosatory» beynəlxalq müdafiə sərgisində Türkiyənin MKE şirkətinin stendindən JNG-90 Bora-12» snayper tüfəngi oğurlanıb.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, silahın saxlanıldığı seyfin xüsusi açar istifadə edilməklə açıldığı və oğurlandığı bəlli olub. Hazırda polis faktla bağlı araşdırmalar aparır.
 
MKE yetkililərinin sözlərinə görə, silahı oğurlayan şəxsin ondan istifadəsi mümkün deyil. Sərgidə nümayiş etdirilən tüfəngin zərbə-tətik mexanizmi üzərindən çıxarılıb.
 
MKE tərəfindən istehsal edilən 7,62x51 mm çaplı «Bora-12» snayper tüfəngi hazırda Türkiyə və Azərbaycan Ordusunun silahlanmasında yer alır. Türkiyə mühəndisləri tərəfindən dizayn edilmiş silahın effektiv atış məsafəsi 1200 metr təşkil edir.
 
2009-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində də yer alan «Bora-12» vasitəsi ilə Azərbaycan hərbçiləri ilk dəfə 1150 metr məsafədəki hədəfi dəqiq atəşlə vurublar. Hazırda «Bora-12» Azərbaycan Ordusu tərəfindən cəbhə xəttində geniş tətbiq olunur.
 
Türkiyənin BMT Adi Silahlar Registrinə təqdimAz etdiyi məlumata görə, 2013-cü ildə MKE şirkəti tərəfindən Azərbaycana 100, İordaniyaya isə 3 ədəd JNG-90 «Bora-12» snayper tüfəngi satılıb.
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol