• $
  • €
  • ₽
  • ₺
  • £

Zəlzələdə ölən nəvəsinin adına bina tikdi, 3 ailə üzvü də orada öldü

Zəlzələdə ölən nəvəsinin adına bina tikdi, 3 ailə üzvü də orada öldü
01.11.2020 13:28
Oktyabrın 30-da İzmir şəhərində baş vermiş güclü zəlzələdən sonra bir neçə ailə faciəsi yaşanıb. 

"Qafqazinfo”nun "Hürriyət”ə istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində ən çox Əmrah və Rzabəy adlı iki bina zərər görüb. Hər iki bina Bayraqlı qəsəbəsində yerləşir.

Eyni məhəllədə yerləşməklərindən başqa da özəllikləri var: zəlzələyə qarşı dayanıqlı olmamaları. Binaların yerləşdiyi bölgə keçmişdə kartof və çuğundur tarlası olaraq istifadə edilib.


Məhəllə sakinlərinin sözlərinə görə, Əmrah binası 10 il öncə, Rzabəy isə 4 il əvvəl zəlzələyə qarşı yenidən gücləndirilib. Ancaq bu gücləndirmələr İzmirdə baş verən zəlzələdə ayaqda qalmaq üçün yetərli olmayıb.

Məlum olub ki, Əmrah binasını inşa edən podratçının adı Həyati Uzundur. O, 1992-ci ildə Ərzincan şəhərində baş vermiş zəlzələ əticəsində nəvəsi Əmrahı itirib. Hadisədən sonra İzmirə, Bayraqlı qəsəbəsinə gələrək onun adını əbədiləşdirmək üçün 1993-cü ildə 2 blok və 28 dairədən ibarət bina tikir və ona "Əmrah binası” adını verir. Özü də illərlə bu binanın idarəçisi kimi çalışıb, sonralar Didim qəsəbəsinə köçüb.

Həyati Uzun binadan köçsə də, podratçı olan oğlu Bora Uzun və ailəsi orada qalıb. Lakin zəlzələ Uzun ailəsinin izini İzmirdə də buraxmayıb. 30 oktyabrda baş verən 6.6 ballıq zəlzələ zamanı onun gəlini Rəbiə Uzun, öz adını daşıyan nəvəsi Həyati və digər adı açıqlanmayan nəvəsi həlak olur, oğlu Bora isə ağır yaralı olaraq dağıntılar altından çıxarılır.
17 yaşlı Həyati Uzunun dostları bildirib ki, o, bundan öncə İzmirdə baş verən zəlzələ nəticəsində binaya zərər dəydiyini, liftin xarab olduğunu və bu binanın çökəcəyini demişdi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol