• $
  • €
  • ₽
  • ₺
  • £

Ohanyan Şuşa məğlubiyyətindən DANIŞDI

Ohanyan Şuşa məğlubiyyətindən DANIŞDI
11.11.2020 22:23
Müharibənin başlanmasından sonrakı gün Qarabağa könüllü olaraq yollandım və əlimdən gələn yardımı göstərdim: Bir neçə gün orduda, daha sonra "prezident”in yanında müşavir kimi".

Anews.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

"Şuşada və onun yaxınlığında imkanlarım daxilində könüllü dəstələrin təşkilinə və həmin dəstələrin ordu ilə qarşılıqlı əlaqəsinə yardım etdim. Şuşadakı əməliyyata rəhbərlik etməyimlə bağlı məlumatı təkzib etmək istəyirəm. Həmçinin şəhərin xəyanət nəticəsində verilməsi fikrini də təkzib etmək istəyirəm. Bu belə deyil”, - deyə o, bildirib.

Ohanyan qeyd edib ki, 6-7 noyabrda hücumlar və əks-hücumlar davam edib. Onun sözlərinə görə, erməni dəstələri azərbaycanlıların əhəmiyyətli say üstünlüyü (həmçinin PUA-ların dominantlığı) şəraitində vuruşub. Ohanyanın özünün də komandirlə birlikdə olduğu Şuşadakı idarəetmə məntəqəsi 10 saat mühasirədə qaldıqdan sonra köçürülüb.

"Şuşanın süqutunun səbəblərindən biri düşmənin say üstünlüyü oldu. Azərbaycanlılar ətrafdakı meşələrin hesabına dolayı yolla şəhərə girə bildilər. Bundan sonra da döyüşlər davam etdi, ancaq say üstünlüyü və havadakı üstünlük həlledici oldu”, - deyə S.Ohanyan bildirib.

Müəyyən bölmələrin hələ də Şuşanın kənarında olduğu barədə məlumatlara gəlincə, S.Ohanyan bunu yalnız şayiə səviyyəsində bildiyini qeyd edib:

"Hərbçilərin qəhrəmancasına vuruşmasına baxmayaraq, erməni tərəfi yenə də məğlub oldu. Məğlubiyyətdə sadəcə ordu deyil, həm də hərbi-siyasi rəhbərlik günahkardır. Xalq mövcud hakimiyyətin bunun üçün hansı məsuliyyət daşıdığına qərar verməlidir

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol