• $
  • €
  • ₽
  • ₺
  • £

Ən yaxşı planşet istehsalçıları bəlli oldu

Ən yaxşı planşet istehsalçıları bəlli oldu
17.06.2014 23:56
“ABI Research” analitiklərinin versiyasına görə, “Samsung Electronics” korporasiyası ən yaxşı planşet kompüterlərinin istehsalçıları reytinqində yenidən liderdir. “Tablet Competitive Assessment” adlı tədqiqatda 23 ən böyük şirkət iştirak edib ki, onların da hər biri bir neçə meyar üzrə qiymətləndirilib. “Samsung” şirkəti ən innovasiyalı planşet fərdi kompüteri istehsalçısı nominasiyasında qalib gəlib. Məhsulun satılması üçün ən uğurlu strategiya təklif edən şirkətlər arasında “Apple” şirkəti birinci olub. Ümumi hesab üzrə “Samsung” lider olub. “Lenovo” şirkəti üçüncü yerdə qərarlaşıb. Çin şirkəti çeşidini artırmaq üçün xeyli iş görüb və hazırda geniş auditoriya arasında inkişaf etdirir. “ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “ABI Research”in analitiki Stefani Van Vaktor deyir ki, “Samsung” və “Apple” şirkətlərinin sözsüz liderliyinə baxmayaraq, sözügedən bazarda rəqabət kəskinləşir, buna görə də yaxın illərdə mühüm dəyişikliklər istisna edilmir. “IDC” analitiklərinin qiymətləndirməsinə görə, 2014-cü ilin birinci rübündə dünyada 50,4 milyon planşet buraxılıb ki, bu da ötən rüblə müqayisədə 35,7% azdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu mobil elektronikanın tədarükü 3,9% yüksəlib. “Apple” şirkəti bu dövrdə 16,4 milyon “iPad” tədarük edib ki, bu da ötən illə müqayisədə 16,1% daha azdır. Bu halda Kaliforniya istehsalçısının bazar payı 40,2-dən 32,5%-dək azalıb. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol