• $
  • €
  • ₽
  • ₺
  • £

Vəhhabilərin növbəti hədəfi: İmam Əskərinin məqbərəsi

Vəhhabilərin növbəti hədəfi: İmam Əskərinin məqbərəsi
14.06.2014 12:19
Bir neçə gün əvvəl minlərlə yaraqlı ilə İraqın ikinci böyük şəhəri Mosulu ələ keçirən İraq Şam İslam Dövləti (İŞİD) qruplaşması artıq paytaxt Bağdada yaxınlaşır.
 “AFP”-nin yaydığı xəbərə görə, 3 cəbhədən paytaxta girməyə çalışan İŞİD-çilər Bağdadın 60 kilometrliyindəki Diyala əyalətinin Bakuba şəhərini ələ keçirməyə cəhd edir. Artıq Diyalanın Celevla, əs Sadiyə qəsəbələri ilə yaxınlıqda olan bir neçə kənd İŞİD terrorçularının əlinə keçib. 
İŞİD-çilərin hədəflərindən biri də 11-ci İmam Əl Əskərinin (ƏS) məqbərəsinin olduğu Samirə şəhəridir. Tikritlə Samirə şəhəri arasındakı Dur bölgəsində olan şahidlərin bildirdiyinə görə, İŞİD qüvvələri İraq ordusundan ələ keçirdiyi ağır hərbi texnika ilə cənuba doğru irəliləyir. 
“AFP”-yə müsahibə verən yerli əşirət liderlərindən biri, İŞİD-çilərin qan tökmədən Samirə şəhərinə girmək üçün danışıqlar apardığını, İmam əl Əskərinin (ƏS) məqbərəsinə toxunmayacaqlarına dair yerlilərə təminat verdiklərini bildirib. Həmçinin bildirilir ki, yerli özünü müdafiə qüvvələri bu təklifi müsbət qarşılamayıblar və silahı yerə qoymaq fikrini qəbul etməyiblər. 
Qeyd edək ki, ötən həftə də Samirə şəhərini ələ keçirməyə cəhd edən İŞİD-çilərin bu addımı uğursuzluğa düçar olmuşdu. 
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol