• $
  • €
  • ₽
  • ₺
  • £

Təbrizdə “Şairlər Məqbərəsi” məhv olmaq üzrədir

Təbrizdə “Şairlər Məqbərəsi” məhv olmaq üzrədir
13.06.2014 17:50

İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərindəki “Məqbərətuş Şüara” (“Şairlər Məqbərəsi”) kompleksi məhv olmaq təhlükəsi ilə üzləşib.

 

APA-nın “Oyannews”a istinadən məlumatına görə, mütəxəssislərin xəbərdarlığına baxmayaraq, məqbərənin ətrafında tikinti işlərinə başlanılıb. Belə ki, son aylarda abidənin yaxınlığında Təbriz Şəhər Bələdiyyəsinin razılığı əsasında böyük binanın tikintisi aparılır. Ötən ilin yazında da İran Mədəni Miras və Turizm Təşkilatının “Məqbərətuş Şüara”nın girişində və ətrafında apardığı qazıntı işləri nəticəsində tarixi abidəyə zərər dəyib.

 

Qeyd edək ki, bu tarixi ərazi ən azı 7 əsr əvvəldən şair və yazıçıların məzarı olub. Belə ki, “Məqbərətuş Şüara”da 400-dən çox şair və yazıçı dəfn edilib. Ancaq Təbrizdə baş verən sel fəlakəti və zəlzələ nəticəsində onların qəbirləri itib.

 

Bir çox görkəmli şəxsiyyət  - Əsədi Tusi, Qatran Təbrizi, Məhəmmədhüseyn Şəhriyar, Mucirəddin Beyləqani, Xəqani Şirvani, Zahirəddin Fərabi, Şahpur Nişaburi, Şəmsəddin Səccasi, Zülfüqar Şirvani, Həmmam Təbrizi, Məğribi Təbrizi, Mani Şirazi, Lisani Şirazi, Şakibi Şirazi və digərləri bu məqbərədə dəfn edilib.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol