• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynanın yeni prezidentinin adı necə yazılmalıdır?

Ukraynanın yeni prezidentinin adı necə yazılmalıdır?
12.06.2014 20:22
Ədalət Tahirzadə: “Onun adı Petrodur”
Rəsul Mirhəşimli: “Azərbaycanın rəsmi sənədlərində Ukraynanın yeni prezidentinin adı və soyadı Pyotr Poroşenko kimi yazılır”
Xəbər verildiyi kimi, 25 mayda Ukraynada prezident seçkiləri keçirildi. Dünya, o cümlədən Azərbaycan mətbuatının Petro yaxud Pyotr Poroşenko kimi təqdim etdiyi şəxs Ukraynanın yeni prezidenti seçildi. Keçən bu müddət ərzində Ukraynanın yeni prezidentinin adı ətrafında müzakirələr isə getdikcə artmaqdadır.
Maraqlıdır ki, onun adının hər iki variantı ətrafında müzakirələrə qoşulan tərəflərin ciddi arqumentləri var. Hətta sosial şəbəkələrdə, mətbuatda bu mövzu ətrafında aparılan müzakirələrdə münaqişə halları da ortaya çıxıb.
Dilçi alimlərimizin bu mövzu ətrafında fikirlərini aldıq. 
Dilçi alim Ədalət Tahirzadə Poroşenkonun adının “Petro” adının doğru olduğunu düşünür: “Adlara Ukrayna və Rusiya dillərində yazılışına görə baxmaq lazımdır. Ukrayna dilində bu ad orijinalda Petrodur. Amma rus dilinə çevirəndə ada uyğun olaraq, Pyotr yazılır. Ona görə də, onun adı Petrodur. Biz bu adı necə yazmalıyıq? Əlbəttə hər bir adı orijinalda olduğu kimi, yazmaq lazımdır. Prezidentin rəsmi saytına, facebook səhifəsinə baxsaq görərik ki, Petro yazılıb. Deməli bu şəkildə yazmaq daha doğrudur”.
Tanınmış araşdırmaçı - jurnalist Rəsul Mirhəşimli hesab edir ki, dövlətimizin rəsmi sənədlərində bu ad necə yazılırsa, o, əsas götürülməlidir: “  Ukrayna prezidentinin adını rusdilli mətbuat Pyotr şəklində yazır. Yeni prezidentin adı isə bizdə gah Pyotr, gah da Petro şəklində yazılır.
Bu yazılış təbii ki, oxucuları da çaşdırır. İndi dünya dilləri o qədər dinamik şəkildə inkişaf edir ki, istənilən dilə hər an yeni sözlər daxil ola bilər. Ukraynanın yeni prezidentini adı ilə Azərbaycan mətbuatı hansı variantın doğru olduğunu öyrənmək istəyirsə, bunun dəqiq həllini təkcə dilçilərdən gözləməli deyil. Azərbaycanın rəsmi sənədlərində Ukraynanın yeni prezidentinin adı və soyadı Pyotr Poroşenko kimi yazılır. Məncə, bu yetərlidir ki, mətbuat da bu amili əsas götürsün”.
Buradan belə nəticə çıxır ki, jurnalistlər Ukrayna prezidentinin adını bundan sonra da iki variantda yazmaqda davam edəcəklər. 
"Yeni Müsavat" qəzeti
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol