• $
  • €
  • ₽
  • ₺
  • £

Terrorçular bəyanat verdi: “Əhli sünnəyə toxunulmayacaq, hədəf Kərbaladır”

Terrorçular bəyanat verdi: “Əhli sünnəyə toxunulmayacaq, hədəf Kərbaladır”
12.06.2014 14:54

Mosul və Kərkükə hərbi müdaxilə etmiş İraq Şam İslam Dövləti (İŞİD) qruplaşmasının sözçüsü Əbu Məhəməd Adnaninin 17 dəqiqlik səs yazısı yayılıb. Modern.az saytı “Əl-Cəzirə”yə istinadla bildirir ki, səs yazısında İŞİD-in hədəfləri açıqlanıb. 

Adnani səs yazısında əsas hədəflərin Bğdad və Kərbala olduğunu deyib. 

“Bütün dünya İŞİD-in qələbələri qarşısında heyrət içindədir. “Bunlara kim kömək edir?” deyirlər. Biz heç kimdən silah almırıq”.-deyə Adnani vurğulayıb.

Daha sonra İŞİD döyüşüçlərinə xitab edən Adnani onları düşməndən qorxmamağa çağırıb.

“Tövbə edənlərin tövbəsini qəbul edin. Sizinlə savaşmayanlarla döyüşməyin. Əhli sünnə əhalisini əfv edin. Aşirətlərinzə toxunmayın. Döyüş indi başlanır. Bağdad və Kərbalaya girdikdən sonra daha da qızışacaq”.

Adnani daha sonra İraqın şiə baş naziri Nuri Əl Malikiyə səslənib: “Dediyin kimi, aramazıda hesab var. Bu hesab sadəcə Samirə şəhərində qalmayacaq. Kərbala və Nəcəfə qədər uzanacaq. Gözləyin, biz də gözləyirik”. 

Mosulun ardından Bağdada doğru irəliləməyə davam edən İraq Şam İslam Dövləti (İSİD) yaraqlılarının çox sayda bölgəni ələ keçirəcəyi bildirilir. Bağdadın 200 kilometr şimalındakı strateji əhəmiyyətə sahib Bəyçini ələ keçirən İŞİD yaraqlıları neftayırma zavodu və Bağdadı da elektrik enerjisi ilə təmin edən elektrik stansiyasını da ələ keçirməyə çalışır. Yerli qaynaqlardan alınan məlumatlara görə, Mosulun yanında Ninova, Anbar və Salahaddinin geniş seqmentlərini də ələ keçirildiyi bildirilərkən, Salahaddin vilayətinin mərkəzindəki Tikritin də qısa bir qarşıdurmanın ardından da İŞİD-in əlinə keçdiyi iddia edilir.

İnsan Haqlarına Nəzarət Təşkilatının ekstremal vəziyyətlərin dəyərləndirilməsi üzrə məsul direktoru Peter Bouckaert İŞİD-in ələ keçirdiyi yerlərdə İraq ordusuna aid əhəmiyyətli silah-sursatları da nəzarətə götürdüyünü və buradan Suriyaya da silah verilə biləcəyini bəyan edib.

Ninova vilayətinin paytaxtı və İraqın ikinci böyük şəhəri olan Mosulda təxminən 500 min adam evlərini tərk edərək kürd bölgələrinə qaçmaq üçün yollara tökülüb. Mosulda 2 min 400 məhbusu cəza evlərindən buraxan İŞİD hökumət binaları və iki televiziya stansiyasını da ələ keçirib. Kərkük şəhərinə bağlı çöllük ərazidə də İraq ordusu ilə İŞİD yaraqlıları arasında qarşıdurmalar yaşandığı bildirilir.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol