• $
  • €
  • ₽
  • ₺
  • £

“Facebook”: “Hindistan ABŞ bazarından sonra ikinci iri bazardır”

“Facebook”: “Hindistan ABŞ bazarından sonra ikinci iri bazardır”
04.06.2014 18:11
“Facebook” Hindistanın sosial şəbəkə üçün ABŞ bazarından sonra ikinci iri bazar olmasını açıqlayıb. Belə ki, Hindistan artıq bir istifadəçinin aktivlik göstəricisinə görə liderlik edir. Hazırda “Facebook”da 114 milyon Hindistan istifadəçisi qeydiyyatdan keçib. Şirkət nümayəndələri bildirirlər ki, sosial şəbəkədə hindistanlı istifadəçilərin əksəriyyəti texniki təhsilə malik və ya bu istiqamət üzrə təhsil alan insanlardır.    Qeyd olunur ki, Hindistanda istifadəçi bazasının artması dayanmasa, 2017-ci ilədək bu ölkə “Facebook” istifadəçilərinin sayına görə ABŞ-ı geridə qoyacaq. Həmçinin bildirilir ki, Hindistanda istifadəçi sayının artması gözlənildiyindən daha sürətli olub. Belə ki, 2010-cu ildə şirkət sosial şəbəkənin lokal versiyasını istifadəyə verib və ilk ildə şəbəkəyə 8 milyon nəfər qoşulub.“Facebook Asia Pacific”in vitse-prezidenti Den Niri deyib ki, hazırda Hindistan bazarında əsas aparıcı qüvvə mobil texnologiyalardır. Bundan başqa, gənc nəsil rəqəmli texnologiyalara böyük maraq göstərir. O vurğulayıb ki, növbəti ildə ABŞ-da smartfonların sayı televizorların sayını üstələyəcəyi halda Hindistanda bu göstərici artıq keçilmiş hesab edilir. Bunun səbəblərindən biri isə tarixən burada televizorların sayının az olmasındadır.D.Niri onu da vurğulayıb ki, “Facebook”da Hindistan reklamçılarından mobil reklam üçün sifarişlərin çoxalması müşahidə olunur. Şirkət “Facebook”la yanaşı, “Instagram” istifadəçilərinin sayında artımın olmasını qeyd edir.Hesablamalara görə, hazırda hindistanlı “Facebook” istifadəçilərinin 84 faizi sosial şəbəkəyə mobil telefonlar vasitəsilə daxil olur.Qeyd edək ki, bu yaxınlarda “Twitter” mikrobloqlar servisi də Hindistanda trafikin sürətlə artmasını bildirib.“Facebook” nümayəndələri vurğulayırlar ki, hazırda ABŞ-da sosial şəbəkənin istifadəçi bazasının rüblük artımı 1 milyon nəfər təşkil edir ki, bu da Asiya-Sakit okean regionunun inkişaf dinamikasından xeyli aşağıdır. Həmçinin qeyd olunur ki, “Facebook”un ABŞ-da istifadəçi bazasının artım dinamikası 2012-ci ildən durmadan azalır.//İctnews
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol