• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbulda 100 000 nəfərlik aksiya

İstanbulda 100 000 nəfərlik aksiya
31.05.2014 11:12
“Ayasofiya”nın yenidən müsəlmanlara ibadətə açılması üçün Türkiyənin İstanbul şəhərində yüz minlərlə möminin iştirakı ilə aksiya keçiriləcək. ANS PRESS-in məlumatına görə, “Ayasofiya” məscidinin qarşısında bu gün keçirilməsi nəzərdə tutulan aksiya səhər saat 04.00-də (Bakı vaxtıyla 06.00) başlayacaq. Dünyanın ən məşhur qiraətçilərindən olan Əbdürrəhman Sadiənin Quran oxuması ilə başlayan aksiyanın davamında Kəbənin imamlarından olan Abdullah Basfar sübh namazını qıldıracaq. Aksiya “Anadolu Gənclik Dərnəyi” tərəfindən təşkil olunur. AGD-nin sədri Salih Turhan məqsədlərinin Fatehin (II Mehmet) əmanətinə sahib çıxmaq olduğunu deyib. Qeyd edək ki, 1453-cü ildə Osmanlı padşahı II Mehmet (Fatih) tərəfindən İstanbulun fəth edilməsi ilə Ayasofiya kilsəsi məscidə çevrilib və 482 il bu istiqamətdə fəaliyyət göstərib. 24.11.1934-cü ildə isə Atatürkə istinad edilən sərəncamla muzeyə çevrilib və 1 fevral 1935-ci ildən ibadətə bağlanıb. Ayasofiyanın muzey kimi qalmasının doğru olmadığını deyən tarixçi millət vəkili Yusuf Halaçoğlu qədim məbədin yenidən məscidə çevrilməsi üçün qanun təklifi ilə TBMM-yə müraciət edib. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol