• $
  • €
  • ₽
  • ₺
  • £

Mer xilaskar azərbaycanlı qardaşlara necə təşəkkür etdi?

Mer xilaskar azərbaycanlı qardaşlara necə təşəkkür etdi?
30.05.2014 09:37
Krasnoyarsk şəhərinin meri Edxam Akbulatov göstərdikləri qəhrəmanlıq və şücaətə görə Rəhimov qardaşlarına təşəkkür edib.Şəhəri meri Rəhimov qardaşları ilə görüşüb. Onların valideynlərinə belə övlad tərbiyə etdiklərinə görə təşəkkürünü bildirib: "Onlar yeganə şəxs olublar ki, hadisə zamanı qəhrəmanlıq göstərərək insanlara yardım ediblər. Bəziləri kimi hadisəni müşahidə edərək mobil telefonun kamerasına çəkməyiblər". Qeyd edək ki, Rusiyanın Krasnoyarsk şəhərində üç azərbaycanlı qardaş qəhrəmanlıq göstərərək 15 nəfəri ölümdən və ağır yanıq xəsarətləri almaqdan xilas edib. APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, hadisə may ayının 22-də səhər saatlarında baş verib.Krasnoyarsk şəhərinin Sverdlovsk rayonunun Vavilova küçəsində avtomobil yolunun altı ilə keçən su borusunun partlaması nəticəsində boruda olan qaynar su sərnişin avtobusunun içinə dolub. Avtobusun sürücüsü  hadisə yerindən qaçıb. Sərnişinlər isə qapıları bağlı olan avtobusun içində köməksiz vəziyyətdə qalıblar. Yüksək təzyiqlə fontan vuran qaynar su avtobusun içinə dolub. Bu zaman Azərbaycan vətəndaşları olan Rəhimov qardaşları avtobusun şüşələrini qıraraq sərnişinlərin çıxmasına kömək ediblər. Hadisə şahidlərinin verdiyi məlumata görə, Rəhimov qardaşlarından başqa ətrafda olan insanlardan heç kəs onlara kömək etməyə cəhd göstərməyib: "Azərbaycanlı qardaşlar olmasaydı çoxlarımız bəlkə ya şikəst qalmışdıq, ya da o biri dünyada idik". 

"Həmin gün qardaşlarımla birgə bazarda işdəydik. 20 metr aralıda avtоbusun içində su fontanı gördük. Qışqırıq səsləri eşidən kimi həmin yerə tərəf qaçdıq. Adamlar avtobusun salonunda ora-bura qaçırdılar. Biz avtobusun qapısını sındırmağa başladıq. Mən daşla avtobusun arxa şüşəsini sındırdım və sərnişinləri avtobusdan çıxarmağa başladım. Qardaşlarım isə sınrıdıqları qapıdan yanıq xəsarətləri almış qadın və uşaqları çıxardılar", deyə azərbaycanlı Səbuhi Rəhimov bildirib.

İçərisinə qaynar su dolan avtobusun sərnişini Lyudmila Kolemasova isə baş verənləri belə xatırlayır: "Avtobusun sürücüsü bizi darda qoyub qaçdı. Baş verənlər dəhşətli idi. Kənarda olan insanlar isə dayanıb bizim qaynar suda çabalamağımızı telefonla videoya çəkirdilər. Mən ancaq üç nəfər qan içində olan qeyri-rus millətindən olan oğlanın  bizi xilas etdiklərini gördüm".

Hadisə zamanı avtobusda 15 sərnişin olub. Onların bir qismi orta məktəb şagirdi olub. Qəza nəticəsində 14 nəfər xəsarət alıb, onlardan 8 nəfəri Krasnoyarsk xəstəxanasının yanıq mərkəzinə yerləşdirilib.  Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol