• $
  • €
  • ₽
  • ₺
  • £

Hollandiyada “halal” fahişəxana açılır

Hollandiyada “halal” fahişəxana açılır
27.05.2014 11:18

Bu ilin iyununda Hollandiyanın Amsterdam şəhərində “Croissant chaud” (“İsti aypara” - fransızcadan tərcümə) adlı “halal” fahişəxana açılacaq.

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, “onislam.net” saytına əsasən, Belçikanın “Nord Press” agentliyə xəbər yayıb.

Məlumata əsasən, bu müəssisə şəriət qaydalarına əməl edən müsəlmanlara xidmət göstərəcək.

Fahişəxananın gələcək müdiri Conatan Svik jurnalistlərə bildirib ki, “İsti aypara”nın açılışı üç tanınmış imam tərəfindən bəyənilib. Onun sözlərinə görə, həyat qadınları şəriət qaydalarına uyğun olaraq, fəaliyyət göstərəcək.

Bu müəssisənin tam qapalı olacağı başlıca şərtdir. Ora narkotik maddə və alkoqollu içkilər qəbul edən qadınlar buraxılmayacaq. İşçilər hər iki aydan bir yoxlanılacaq. Qanında narkotik maddə izləri və ya alkoqol aşkarlananlar işdən qovulacaq.

Qədim peşə sahiblərinin siqaret və ya qəlyan çəkməsi ilə bağlı məsələyə toxunulmayıb.

Svikin sözlərinə görə, işçi qadınlar gündə 5 dəfə (xidmət saatı namaz vaxtı ilə üst-üstə düşsə də) namaz qılmalıdır. “Halal” fahişələrin hamısının yalnız müsəlman olması ilə bağlı məsələyə də aydınlıq gətirilməyib.

Mənbə xatırladıb ki, hazırda Niderland krallığı əhalisinin 6 faizini (təxminən bir milyon ) müsəlmanlar təşkil edir. Onların çoxu Türkiyə və Mərakeş əsillidir.

 

Bundan başqa hər il müsəlman dövlətlərindən Hollandiyaya minlərlə turist səfər edir. Onların çoxu Amsterdama can atır. Bu səbəbdən də ideya müəllifləri “İsti aypara” müəssisəsinin uğur qazanacağına ümid edirlər. 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol