• $
  • €
  • ₽
  • ₺
  • £

Yanukoviç: “Ukrayna xalqının seçiminə hörmətlə yanaşıram”

Yanukoviç: “Ukrayna xalqının seçiminə hörmətlə yanaşıram”
26.05.2014 16:02
Ukraynanın 4-cü prezidenti, hazırda Rusiyada yaşayan Viktor Yanukoviç ölkədə keçirilən prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib.APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, V. Yanukoviç Ukrayna xalqına müraciətində ölkə üçün çətin bir dövrdə edilən seçimə hörmətlə yanaşdığını bildirib:  “Ukraynada növbədənkənar prezident seçkiləri keçirilib. Hansı regionda neçə faiz seçicinin səsverməyə gəlməsindən və sizin necə seçim etməyinizdən asılı olmayaraq, mən vətənimiz üçün ən ağır vaxtda edilən bu seçimə hörmətlə yanaşıram”. Buna baxmayaraq, V. Yanukoviç hesab edir ki, seçkilərin və prezidentin özünün legitimliyi üçün cənub-şərq vilayətlərinin iştirakı vacibdir: “Bu regionların bir çox seçiciləri hərbi çevriliş nəticəsində gələn qeyri-legitim hakimiyyətin fəaliyyəti nəticəsində alçaldılıb və təhqir edilib”. Qeyd edək ki, Ukraynanın cənub-şərqində yalnız 2 vilayətdə (Donetsk və Luqansk) seçicilərin əksər hissəsi səs verə bilməyib. Digər cənub-şərq vilayətlərində isə problem olmayıb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol