• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada bu gün növbədənkənar prezident seçkiləri keçiriləcək

Ukraynada bu gün növbədənkənar prezident seçkiləri keçiriləcək
25.05.2014 09:29

Ukraynada bu gün növbədənkənar prezident seçkiləri keçiriləcək. Prezidentliyə 21 namizəd iddialıdır.

APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə,  prezident seçilmək üçün ən şanslı namizədlər  “Batkivşina” partiyası tərəfindən irəli sürülən, bir müddət əvvəl həbsdən azad edilən Yuliya Timoşenko,  sahibkarlar Pyotr Poroşenko və Sergey Tiqipko  hesab olunurlar.

 

Seçkilər zamanı asayişi 65 min milis işçisi, 15 min FHN əməkdaşı və 17 min könüllü, Milli Qvardiya əsgərləri və hərbi məktəblərin kursantları qoruyacaq.  

 

Ölkənin baş naziri Arseniy Yatsenyuk ötən gün çıxışında qeyd edib ki, Ukraynada mütləq qanuni yolla seçilmiş prezident olacaq və o, ilk səfərini Avropa Birliyinin paytaxtına edərək, nəhayət, AB ilə azad ticarət zonası haqqında müqaviləyə imza atacaq.   

 

Qeyd edək ki, seçkiləri, ümumilikdə, 3607 müşahidəçi izləyəcək.

 

Ukrayna MSK-nın məlumatına görə, seçicilərin sayı təxminən 35,5 mln təşkil edir, onlar ölkə üzrə 33,6 min seçki məntəqəsində səsvermə hüququndan yararlana biləcəklər.  

 

Qeyd edək ki, Ukraynada prezident seçkilərində səs həddi tətbiq olunmur – seçkilər istənilən halda baş tutmuş hesab olunacaq. Sosioloqlar səsvermədə 60-70% seçicilərin iştirak edəcəyini proqnozlaşdırır.  

APA

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol