Türkiyədə İranın casus şəbəkəsi ələ keçirildi - Video
![Türkiyədə İranın casus şəbəkəsi ələ keçirildi - Video Türkiyədə İranın casus şəbəkəsi ələ keçirildi - Video](https://anews.az/photo/850x500/2021-10/1634148049_mit-van-daki-iran-ajan-sebekesini-cokertti-2-14459162_o.jpg)
Türkiyənin Van vilayətində İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirilib.
"Qafqazinfo” xəbər verir ki, bu barədə "Anadolu” agentliyi məlumat yayıb.
Əməliyyatla iranlı bir əsgəri ölkələrinə qaçırmaq istəyən səkkiz nəfər tutulub. Onlardan ikisinin casus olduğu ortaya çıxıb.
Onların 30 min dollarlıq büdcə ilə Vanda şəbəkə formalaşdırmağa çalışdıqları təsbit olunub.
Sentyabrın 24-də keçirilən və indi barəsində məlumat yayılan əməliyyatda İran vətəndaşı S.S. və Türkiyə vətəndaşı M.E.A. saxlanılıb.
Davam etdirilən əməliyyatla daha altı Türkiyə vətəndaşından ibarət şəbəkə ələ keçirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)