Saakaşvilinin xəstəxanaya məcbur aparılma anı - Video
![Saakaşvilinin xəstəxanaya məcbur aparılma anı - Video Saakaşvilinin xəstəxanaya məcbur aparılma anı - Video](https://anews.az/photo/850x500/2021-11/1636641816_saakasvili.jpg)
Gürcüstan Xüsusi Penitensiar Xidməti eks-prezident Mixail Saakaşvilinin 18 saylı Qldani Cəzaçəkmə Müəssisəsinə və həbsxana xəstəxanasına necə aparıldığını və palataya necə yerləşdirildiyini əks etdirən kadrlar yayıb.
"Qafqazinfo” "Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, xüsusi brifinqdə ədliyyə naziri Rati Breqadze bildirib ki, bu cür tədbirləri məcburiyyətdən ediblər. O, Saakaşvilinin vəkillərindən Nika Qvaramiyanın eks-prezidenti "maşından çıxarıb xəstəxana binasına 30 metr sürükləyərək aparıblar” ittihamlarına da cavab verib:
Nazir bildirib ki, bu faktla bağlı araşdırma həm Dövlət Müfəttişliyi Xidməti, həm də Gürcüstan Ədliyyə Nazirliyinin Baş Müfəttişliyi tərəfindən aparılır.
Qeyd edək ki, vəkillərinin sözlərinə görə, Saakaşvili hazırda tibbi yardım və müalicədən imtina edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər