Türkiyədə güclü zəlzələ, dağıntılar altından iki nəfər çıxarıldı - Video
Türkiyənin Ərzurum vilayətinin Köprüköy rayonunda 5,1 bal gücündə zəlzələ baş verib.
Bildirilib ki, yeraltı təkanlar yerin 6,9 kilometr dərinliyində olub.
Köprüköyün bəzi kəndlərində uçqunlar olub. İki nəfər uçqunların altından sağ çıxarılıb.
Hınıs avtomobil yolunda sürüşmə meydana gəlib. Yamacdan düşən qaya və torpaq səbəbindən yolda hərəkət dayanıb. Briqadaların səyləri nəticəsində yol yenidən hərəkətə açılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV
Rəsmi Youtube kanalımız