Təkəri partlayan təyyarəni sərnişinlər itələdi - Video
Nepalda təkəri partlayan təyyarə sərnişinlər tərəfindən uçuş-enmə zolağından çıxarılıb.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Nepalın Kolti bölgəsindəki Bajura hava limanında "Tara Air” şirkətinə məxsus təyyarənin təkəri partlayıb.
Təyyarəni daşımaq üçün vasitə olmadığına görə, sərnişinlər təyyarəni uçuş-enmə zolağından çıxarmağa çalışıblar.
"Tara Air” şirkəti hadisəni təsdiqləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV
Rəsmi Youtube kanalımız