• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada təhsil alan xarici tələbələrə XƏBƏRDARLIQ

Ukraynada təhsil alan xarici tələbələrə XƏBƏRDARLIQ
06.05.2014 17:16
Ukraynanın Təhsil və Elm Nazirliyində Kiyevdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, bir sıra ali təhsil müəssisələrinin, digər aidiyyəti nazirliklərin nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib. 
Azərbaycanın Ukraynadakı səfirliyindən ANN.Az-a verilən məlumata görə, müşavirədə Ukraynada təhlükəsizlik məsələləri müzakirə edilib, təhsil alan xarici tələbələrin öz ölkələrinə daha tez qayıtmaq imkanı əldə etmələri məqsədilə imtahan sessiyalarının mayın 20-dək başa çatdırılması üçün şərait yaradılacağı bildirilib. Bu qərar Təhsil və Elm Nazirliyinin və Ukrayna Ali Radasının Elm və təhsil məsələləri komitəsinin birgə müşavirəsində qəbul edilib. Müşavirədə Azərbaycan səfirliyinin nümayəndələri də iştirak ediblər.
 
Təhsil və Elm Nazirliyi bu barədə mülkiyyət və tabelik formasından asılı olmayaraq bütün ali məktəblərin rəhbərlərinə məktub ünvanlayıb. Nazirliyin məlumatında deyilir: “Nazirlik başqa dövlətlərin diplomatik müəssisələrinin nümayəndələrinin müraciətlərini nəzərə alaraq, mülkiyyət və tabelik formalarından asılı olmayaraq, bütün ali məktəblərə gündüz bölmələrində təhsil alan, yaxud hazırlıq fakültələrində oxuyan xarici tələbələr üçün 2013/2014-cü tədris ilinin yay imtahan sessiyasının 2014-cü il mayın 20-dək təşkil olunmasını tövsiyə edir”.
Məlumata əsasən, nazirlik Ukrayna ali təhsil müəssisələrində qiyabi oxuyan xarici tələbələr üçün yay imtahan sessiyasını və xarici tələbələrin son attestasiyasının 2014-cü ilin sentyabr ayına keçirilməsini tövsiyə edib, həmçinin Krımın ali təhsil müəssisələrində oxuyan xarici tələbələrin arzusu ilə onların Ukrayna ali təhsil müəssisələrinə keçirilməsinin təmin olunmasını xahiş ediblər.
Seymur
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol