• $ 1.7
  • € 1.9947
  • ₽ 0.02092
  • ₺ 0.0395
  • £ 2.3043

Suriyada daha bir azərbaycanlı öldürülüb

Suriyada daha bir azərbaycanlı öldürülüb
28.04.2014 10:01
Suriyada döyüşlərdə daha bir azərbaycanlı qətlə yetirilib.APA-nın “Öyrənci səsi”nə istinadən verdiyi məlumata görə, Təbriz şəhər sakini azərbaycanlı Məhərrəm Əlipurun Suriya prezidenti Bəşər Əsəd hökumətinə dəstək vermək məqsədilə bu ölkəyə göndərildiyi, müxaliflərlə döyüşdə öldürüldüyü bildirilir. Onun hansı təşkilata mənsub olduğu ilə bağlı heç bir məlumat yoxdur. Qeyd edək ki, bundan əvvəl Suriyada iki təbrizli qətlə yetirilib. Onlardan biri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) üzvü, 26 yaşlı Mahmud Beyzayidir (Hüseyn Nüsrəti). Onun Suriyada Həzrəti Zeynəbin (ə) müqəddəs ziyarətgahı uğrunda gedən döyüşlərdə həlak olduğu açıqlanıb. M. Beyzayinin ailəsi Təbrizdə yaşayır və bir yaşlı qızı var. Onun cənazəsi 2014-cü il yanvarın 22-də Təbrizə gətirilərək dəfn edilib. Suriyada döyüşlərdə həlak olan digər təbrizli isə Kənani soyadlı şəxsdir. İran öz hərbçilərini Həzrəti Zeynəbin (ə) müqəddəs ziyarətgahını qorumaq məqsədilə Suriyaya göndərdiyini iddia edir. B. Əsədə müxalif qüvvələr onlardan 48 nəfərini girov götürüb. Həmin iranlı hərbçilər arasında “Sepah”ın Qərbi Azərbaycan bölməsinin baş komandanı Abidin Xürrəm də var.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Venesuelanın daxili işlər naziri ABŞ əməliyyatında təxminən 100 nəfərin öldüyünü açıqlayıb
Dünya 15:03
Venesuelanın daxili işlər naziri ABŞ əməliyyatında təxminən 100 nəfərin öldüyünü açıqlayıb
İranda Süleymaninin heykəli yandırılıb
Dünya 10:29
İranda Süleymaninin heykəli yandırılıb
ABŞ "Sophia" adlı daha bir tankeri ələ keçirib
Dünya 23:30
ABŞ "Sophia" adlı daha bir tankeri ələ keçirib
ABŞ Venesuela neftinin satışına başlayıb
Dünya 21:41
ABŞ Venesuela neftinin satışına başlayıb
Amsterdam hava limanında 700-dən çox uçuş ləğv edilib
Dünya 18:07
Amsterdam hava limanında 700-dən çox uçuş ləğv edilib
ABŞ Marinera tankerini ələ keçirmək əməliyyatı aparır
Dünya 17:24
ABŞ Marinera tankerini ələ keçirmək əməliyyatı aparır
ABŞ Venesuelaya neft hasilatının bərpası üçün sərt şərtlər irəli sürüb
Dünya 14:41
ABŞ Venesuelaya neft hasilatının bərpası üçün sərt şərtlər irəli sürüb
İran: ABŞ-la danışıqlar üçün hazırda uyğun şərait yoxdur
Dünya 14:13
İran: ABŞ-la danışıqlar üçün hazırda uyğun şərait yoxdur
Venesuelada 7 günlük matəm elan olunub
Dünya 10:01
Venesuelada 7 günlük matəm elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol