• $
  • £

İran: ABŞ-la danışıqlar üçün hazırda uyğun şərait yoxdur

İran: ABŞ-la danışıqlar üçün hazırda uyğun şərait yoxdur
07.01.2026 14:13

Hazırkı mərhələdə ABŞ-la danışıqlar aparmaq üçün münbit şərait mövcud deyil. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, buna Vaşinqtonun yürütdüyü siyasət səbəb olur.

Əraqçi yerli jurnalistlərə açıqlamasında qeyd edib ki, İran heç vaxt danışıqlar masasını tərk etməyib və həmişə qarşılıqlı maraqlar və hörmət prinsipləri əsasında müzakirələrə hazır olub.

“Hazırda ABŞ-la müzakirələr üçün uyğun şərait yoxdur. Bunun əsas səbəbi Amerikanın izlədiyi siyasətdir. İran daim dialoqa açıq olub, lakin ABŞ hökumətində bu cür yanaşma müşahidə edilmir”, –  nazir bildirib.

Tehran və Vaşinqton arasında münasibətlər son illər əsasən nüvə proqramı, sanksiyalar və regional təhlükəsizlik məsələləri fonunda gərgin olaraq qalır. ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar tərəflər arasında etimadın bərpasını çətinləşdirən əsas amillərdən biri kimi qiymətləndirilir.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Bəhreyndəki ABŞ hərbi obyektlərinə zərbə endirib
Dünya 23:50
İran Bəhreyndəki ABŞ hərbi obyektlərinə zərbə endirib
Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir
Dünya 19:00
Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir
Rusiya Pavel Durovu terrorçular və ekstremistlər siyahısına daxil edib
Texnologiya 16:59
Rusiya Pavel Durovu terrorçular və ekstremistlər siyahısına daxil edib
Paşinyan: Aİİ faktiki olaraq iflic vəziyyətindədir
Dünya 16:49
Paşinyan: Aİİ faktiki olaraq iflic vəziyyətindədir
Türkiyədə meşə yanğınları davam edir, yüzlərlə sakin təxliyə olunub
Dünya 14:51
Türkiyədə meşə yanğınları davam edir, yüzlərlə sakin təxliyə olunub
Paşinyan: bazar günü hökumət istefa verəcək
Siyasət 14:47
Paşinyan: bazar günü hökumət istefa verəcək
Reuters: Tramp və Netanyahu İrana qarşı üç mümkün ssenarini müzakirə edib
Dünya 14:17
Reuters: Tramp və Netanyahu İrana qarşı üç mümkün ssenarini müzakirə edib

Yaponiyada baş verən zəlzələdə ölənlərin sayı 34-ə çatıb
Dünya 13:36
Yaponiyada baş verən zəlzələdə ölənlərin sayı 34-ə çatıb
Ermənistan hökumətinin ehtiyat fondu Aİ qrantı hesabına artırılıb
Dünya 13:24
Ermənistan hökumətinin ehtiyat fondu Aİ qrantı hesabına artırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol