• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

İranda son 24 saat ərzində üç qadın jurnalist həbs olunub

İranda son 24 saat ərzində üç qadın jurnalist həbs olunub
23.01.2023 12:29
İranda son 24 saat ərzində 3 qadın jurnalist həbs olunub. Bu barədə İran İnsan Haqları Təşkilatı və jurnalistlərin yaxınları məlumat yayıb.
 
Yanvarın 22-də Melika Haşemi, Səidə Şəfi və Mehrnuş Zarei Hanzaki məhkəmə orqanları tərəfindən tutulub.
 
İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda davam edən etiraz aksiyaları zamanı 79 jurnalist həbs edilib.

Onların bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsalar da 33 jurnalist həbsdə saxlanılır.
 
Hazırda İranda 48 nəfər  jurnalist həbsdədir. Bu, dünyada ən pis 3-cü göstəricidən biridir. 102 nəfər  jurnalistin həbsi ilə Çin dünyada 1-ci yerdə,  67 jurnalistin həbsi ilə Myanmar (Myanma İttifaqı Respublikası ) dünyada 2-ci yerdə, 48 nəfərlə İran 3-cü yerdədir.

Beynəlxalq təşkilatların 30 noyabr 2022-ci ilə qədər olan dövrü əhatə edən hesabatlarında göstərilir ki, 2022-ci ilin sentyabrına qədər İranda 14 nəfər jurnalist həbsdə olub. Sentyabrın  16-da Məhsa Əmininin ölümü ilə başlayan etiraz dalğası fonunda İranda həbs edilən jurnalistlərin kəmiyyəti artıb. Keçən 3 ay müddətində 42 nəfər  jurnalist həbs edilib. Onlardan 8-i yüngül cəza alaraq sərbəst buraxılıb.  34 nəfəri isə həbsdə saxlanılıb. Beləlklə, İranda həbsdə olan jurnalistlərin sayı 48 nəfərə çatıb. Yeni həbs edilən  34 nəfər jurnalistdən 15-i qadındır. Etiraz aksiyaları başlamazdan əvvəl İranda məhbus həyatı yaşayan 14 nəfər jurnalistdənlərdən də   3-ü qadın olub.
 
Beləliklə, hazırda həbsdə olan  48 jurnalistdən  18 nəfəri qadındır.

 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
KİV: Əli Xameneinin həyat yoldaşı sağdır
Dünya 20:45
KİV: Əli Xameneinin həyat yoldaşı sağdır
Antonio Quterreş Türkiyədə səfərdədir
Dünya 19:57
Antonio Quterreş Türkiyədə səfərdədir
Ankarada zəlzələ olub
Dünya 19:17
Ankarada zəlzələ olub
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb
Dünya 18:39
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb


Aİ: Azərbaycan vətəndaşlarımızın İrandan qayıtmasını asanlaşdırır
Dünya 17:04
Aİ: Azərbaycan vətəndaşlarımızın İrandan qayıtmasını asanlaşdırır

Yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları dayandırılıb
Dünya 15:20
Yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları dayandırılıb

BMT Baş katibi Türkiyədə səfərdədir
Dünya 15:11
BMT Baş katibi Türkiyədə səfərdədir

“Krokus”da terror aktı törətmiş 4 nəfərə ömürlük həbs verilib
Dünya 12:43
“Krokus”da terror aktı törətmiş 4 nəfərə ömürlük həbs verilib
İsrail Təhlükəsizlik Xidmətinin qərargahı vurulub
Dünya 12:24
İsrail Təhlükəsizlik Xidmətinin qərargahı vurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol