• $
  • £

ÜTT 2023-cü il üçün artım proqnozunu dəyişib

ÜTT 2023-cü il üçün artım proqnozunu dəyişib
06.04.2023 13:00
Ümumdünya Ticarət Təşkilatı (ÜTT)  cari il üçün dünya ticarətinin artımı ilə bağlı proqnozunu 1%-dən 1,7%-ə qədər artırıb.  
 
"Keçən payızdan bəri ÜDM-in proqnozunda cüzi artıma baxmayaraq, 2023-cü ildə qlobal ticarət artımının zəifləyəcəyi gözlənilir", - təşkilatın bəyanatında deyilib. 
 
ÜTT bu il dünya ÜDM artımını 2,4% qiymətləndirir. 2023-cü il üçün ticarət və ÜDM üzrə proqnozlar müvafiq olaraq 2,6% və 2,7% olan illik orta göstəricilərdən aşağıdır. 

Keçən il ticarət 2,7% artıb, bu da  ÜTT-nin oktyabrda verdiyi 3,5%-lik proqnozdan azdır.  Buna səbəb isə dördüncü rübün gözlənilən nəticədən zəif olmağıdır.
 
Qlobal əmtəə qiymətlərinin artması, yüksək inflyasiyaya cavab olaraq pul siyasətinin sərtləşdirilməsi və Çində istehsalı, ticarəti pozan COVID-19 epidemiyaları da daxil olmaqla bir sıra amillər buna səbəb olub. 2023-cü ildə qlobal ticarətin perspektivini yaxşılaşdıran əsas amil pandemiyadan sonra Çin iqtisadiyyatının yenidən açılmasıdır. COVID-19-a qarşı tədbirlərin yumşaldılması istehlakçı tələbatının azaldılmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində beynəlxalq ticarəti gücləndirəcək. 

"2022-ci ildə ticarət və istehsala COVID-19,  artan geosiyasi gərginlik təsir edən əsas amillər olaraq, 2023-cü ildə də davam edəcək. Bu amillərə nəzarət edilməsə, daha geniş maliyyə qeyri-sabitliyinə səbəb ola bilər. Hökumətlər və tənzimləyicilər maliyyə risklərinə hazır olmalıdırlar", - ÜTT-nin baş iqtisadçısı Ralph Ossa bildirib.
 
Rusiyanın Ukraynaya təcavüzü, inflyasiya və COVID-19-dan sonrakı kəsirlər səbəbindən dünya iqtisadiyyatında yavaşlama müşahidə eidlsə də faktiki durum  Beynəlxalq Valyuta Fonu  və Ümumdünya Ticarət Təşkilatının proqnozlarından daha yaxşıdır. İndi bu təşkilatlar bildirir ki, iqtisadi tənəzzül təhlükəsi sovuşub və Vladimir Putin müharibəni gücləndirmək qərarına bu il vəziyyət  yaxşılaşacaq.

Beynəlxalq Valyuta Fondunun dərc etdiyi proqnoza görə, keçən ilin  payızında dünya iqtisadiyyatı üzrə bədbin proqnozlar verilmişdisə indi vəziyyət nikbinliyə doğru dəyişib. Geridə qoyulan qızş  mövsümünün daha isti keçməsi, genişmiqyaslı dövlət dəstəyi və əhalinin karantin illərində yığılan pulu xərcləmək istəyi ölkə iqtisadiyyatlarının dirçəlməsi üçün münbit şərait yaradıb. Nəticədə BVF həm ötən il dünyada iqtisadi artımın təxminini, həm də cari ilin proqnozunu yaxşılaşdırıb.

Bu, ən böyük inkişaf etmiş iqtisadiyyatların - ABŞ və Avropanın böhrana düşündüklərindən daha davamlı olması ilə izah olunur. Amma əsas odur ki, inkişaf etməkdə olan ölkələr inkişaf etmiş ölkələrdən daha sürətlə inkişaf edir. Bu, xüsusilə  Hindistan və Çinə aiddir. Bu il dünya iqtisadi artımının yarısı bu ölkələrin payına düşür.  

2023-cü ildə qlobal böhran gözlənilirmi?

BVF hesab edir ki, istehlak, investisiya, istehsal və ticarətdə keçən il 3,4% artım olduğundan bu il qlobal ÜDM-in 2,9% artacağı gözlənilir. 

Keçən il dünya üzrə ÜDM pandemiyadan bu yana ilk dəfə  100 trilyon dolları keçib. Bununla belə bu rəqəm 2008-2009-cu illərdəki maliyyə böhranına baxmayaraq, əsrin əvvəlindən pandemiyaya (2000-2019) qədər müşahidə olunan orta illik 3,8%-lik artımdan azdır. 

"Tarixi kontekstdə artım hələ də zəifdir, çünki biznes fəaliyyəti inflyasiya ilə mübarizə və Rusiyanın Ukraynaya qarşı müharibəsi hesabına bir o qədər də yüksələ bilmir. Buna baxmayaraq, bizim yeni proqnozumuz oktyabrla müqayisədə daha az bədbindir",  -  BVF-nin baş iqtisadçısı Pierre-Olivier Gurinşa deyib. 

"Onun sözlərinə görə, ola bilsin keçən ilki yavaşlamalardan sonra bu il  qlobal iqtisadi artım bərpa olunmağa başlayacaq və inflyasiya yavaşlayacaq.

İnflyasiya, Rusiyanın Aİ-yə qarşı qaz müharibəsi nəticəsində yaranan enerji böhranı və pandemiyadan sonra, istirahət, alış-veriş və əyləncə ilə bağlı  təxirə salınmış xərclər tələbi artırdı, təklifin isə durğun və hətta bir qədər də az qaldığı zaman əmtəə və xidmətlərin qıtlığına təkan verdi. 

Mərkəzi banklar inflyasiya səbəbindən uçot dərəcələrini artırır və artan kreditlər biznesin investisiya qoymasına və insanların faizlərə daha çox xərclədikləri və daha az borc götürdükləri üçün istehlak etməsinə mane olur. 

2023-cü ildə böhran əsasən  Qərb ölkələrinə təsir edəcək. 

Niyə Qərb daha  pis duruma düşə bilər?

ZƏngin ölkələrin iqtisadi inkişafı klubunun iqtisadçılarının  fikrincə, ABŞ və Avropa iqtisadiyyatları bu il  kəskin şəkildə yavaşlayacaq  və 2023-cü ildə iqtisadi artımın dörddə üçü Asiyanın inkişaf etməkdə olan iqtisadiyyatları tərəfindən təmin ediləcək. 

Onlar tarixə nəzər salaraq bildirirlər ki, ən azı son yarım əsrdə qabaqcıl iqtisadiyyatlar yalnız idxallarının əsas hissəsini təşkil edən enerji daşıyıcılarına xərcləri artdıqda  sürətlə tənəzzzülə uğramağa başlayırlar. Yeganə istisna pandemiyanın yaratdığı 2020-ci il tənəzzülü olub. 

İndiyədək azalma elektrik enerjisi, yanacaq və istilik xərclərinin ÜDM-in 13%-nə çatmasından sonra baş verib. Ötən 2022-ci ildəbu göstərvici 17%-i keçib.

Qərbin Rusiya nefti və kömürə sanksiyalar tətbiq etməsi, Kremlin Avropa İttifaqına qaz ixracını kəsməsi nəticəsində enerji qiymətləri bahalaşıb. Bu da Rusiyanın Ukraynaya təcavüzünün birbaşa nəticəsi idi.

İqtisadçıların əksəriyyətinin fikrincə, bu il Avropa başqa ölkələrə nisbətən daha çox  qırmzı həddə başa vurmaq təhlükəsi ilə üzləşə bilər. Finanshinal Times qəzetinin keçirdiyi sorğu da bunu təsdiq edir.

Dünyanın aparıcı neft və qaz istehsalçısı kimi ABŞ 60% idxaldan asılı olan Aİ-dən daha yaxşı vəziyyətdədir. Dünyanın ən böyük iqtisadiyyatının hökuməti və mərkəzi bankı tənəzzüldən qaçacağını deyir. Bloomberg agetliyinin keçirdiyi son sorğuya görə, ABŞ-in  2023-cü ili tənəzzülsüz keçirmək ehtimalı 70%-dir. 

Bəs Azərbaycanda vəziyyət necə olsacaq?

"Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda 2023-2024-cü illərdə ÜDM artımının olacağını proqnozlaşdırır. Bu artım ildə orta hesabla 2,1% təşkil edəcək. 

Azərbaycanın ÜDM-i 2021-ci ildə 5,9% artmışdısa 2022-ci ildə bu göstərici 4,6% olub.  Eyni zamanda, ötən il qeyri-neft ÜDM-i 9,1% artıb. Neft hasilatının 5,6% azalması nəticəsində neft ÜDM-i 2,7% azalıb ki, bu da qaz hasilatının 7,3% artması ilə qismən kompensasiya edilib.

2022-ci ildə ümumi dövlət sektorunun büdcə profisiti  gəlirlərin artması hesabıına 2% artıb. 

Fitch, ümumi dövlət büdcəsinin profisitinin 2023-cü ildə ÜDM-in 4,8%-nə, 2024-cü ildə isə 4,2%-ə qədər azalacağını proqnozlaşdırır.

Fitch bildirir ki, Azərbaycanda (12 aylıq) inflyasiya 2022-ci ilin oktyabrında 15,6%-lik pik həddindən 2023-cü ilin fevralında 14,1%-ə düşüb. 

Fitch hesab edir ki, Azərbaycanda orta illik inflyasiya 2023-cü ildə 10,3%-ə (2022-ci ildə 13,9%), 2024-cü ildə isə 7,3%-ə kimi yavaşlayacaq.

Azərbaycan hökuməti ÜDM artımını 2023-cü ildə 2,7%, 2024-cü ildə 4,1%, orta illik inflyasiya isə uyğun olaraq 6,9% və 4,5% səviyyəsində proqnozlaşdırır.
 
 
 
İSTİQAMƏT: 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin Maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

Zinyət Mehtiyeva
N.Təbrizli
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
Dünya 16:37
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Dünya 09:25
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol