• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Almaniya Ukraynaya növbəti yardım paketi göndərib

Almaniya Ukraynaya növbəti yardım paketi göndərib
13.09.2023 15:17
Almaniya Ukraynaya hərbi dəstək çərçivəsində növbəti yardım paketi göndərib. Bu barədə məlumat Almaniya Nazirlər Kabineti məlumat yayıb.

Bildirilir ki, 20 ədəd "Marder 1A3” piyadaların zirehli döyüş maşını, 2 ədəd "Wisent 1” minatəmizləmə texnikası, 3000 ədəd 155 mm-lik mərmi, 1 ədəd peyk rabitə nəzarət sistemi, 10 ədəd dron aşkarlama sistemi, 8x8 tipli HX81 yük maşını və 4 yarımqoşqu, 9 ədəd müxtəlif nəqliyyat vasitəsi, 3 ədəd təcili yardım maşını, 1,5 milyon ədəd müxtəlif çaplı patron və digər texnika, silah-sursat artıq Ukraynaya təhvil verilib.

daha əvvəl Almaniya hökuməti Ukraynaya Leopard-2 tanklarını göndərəcəyini açıqlayıb. Bu qərarı Almaniya kansleri Olaf Şolz Nazirlər Kabinetinin iclasında açıqlayıb. Bu barədə BBC məlumat yayıb. 

Almaniya həmçinin Leopard tanklarının üçüncü ölkələr tərəfindən Ukraynaya təkrar ixracına icazə verəcək.

Bu açıqlamanı şərh edən Olaf Şolz bildirib ki, Berlin birinci mərhələdə Ukraynaya hərbi ehtiyatlarından 14 Leopard-2 tankı verəcək. Onun məqsədi mümkün qədər tez iki tank batalyonu yaratmaqdır. Yaxın vaxtlarda Almaniyada Ukrayna hərbçilərinin təliminə başlanılacaq. Scholz deyib ki, Berlin həm də logistika və sursat təmin edəcək.

ABŞ-ın da tezliklə Ukraynaya M1 Abrams tanklarının göndəriləcəyi gözlənilir. 

Amerika tanklarının mümkün tədarükünü şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu tankların da digərləri kimi yandırılacağını bildirib.

"Əminəm ki, bir çox peşəkarlar bu fikrin absurdluğunu başa düşürlər. Sırf texnoloji mənada, bu, kifayət qədər uğursuz plandır. Biz təkrarladıq ki, qalanları kimi bu tanklar da yandırılacaq”, – Peskov jurnalistlərə bildirib.
 
Aytac Zeynalova
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistanda yeni həbslər – müxalifət liderləri saxlanılıb
Dünya 14:20
Ermənistanda yeni həbslər – müxalifət liderləri saxlanılıb
Россия атаковала Сумскую область
Dünya 10:40
Россия атаковала Сумскую область
Polşa Almaniya ilə sərhəddə müvəqqəti sərhəd nəzarətinə başlayıb
Dünya 10:25
Polşa Almaniya ilə sərhəddə müvəqqəti sərhəd nəzarətinə başlayıb
Türkiyədə jurnalist Timur Soykan sərbəst buraxılıb
Dünya 07:55
Türkiyədə jurnalist Timur Soykan sərbəst buraxılıb
Rusiya Sumi vilayətinə pilotsuz zərbə endirib: 2 mülki şəxs həlak olub
Dünya 07:22
Rusiya Sumi vilayətinə pilotsuz zərbə endirib: 2 mülki şəxs həlak olub
Qəzzadan atılan raket İsrailin cənubuna düşüb, xəsarət alan olmayıb
Dünya 07:19
Qəzzadan atılan raket İsrailin cənubuna düşüb, xəsarət alan olmayıb
Türkiyədə CHP sədri Özgür Özəl barəsində cinayət işi açılıb
Dünya 07:15
Türkiyədə CHP sədri Özgür Özəl barəsində cinayət işi açılıb
İsrail Yəməndə “Qara bayraq” əməliyyatına başlayıb
Dünya 07:12
İsrail Yəməndə “Qara bayraq” əməliyyatına başlayıb
Tramp Maskı tənqid edib
Dünya 07:06
Tramp Maskı tənqid edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol