• $
  • £

Azərbaycana Rusiya valyuta bazarında ticarət etməyə icazə verilib

Azərbaycana Rusiya valyuta bazarında ticarət etməyə icazə verilib
24.09.2023 18:30

Xarici kredit təşkilatlarına, dost və neytral ölkələrin brokerlərinə Rusiya valyuta bazarında, eləcə də törəmə alətlər bazarında ticarət etməyə icazə veriləcək.

"Report” xəbər verir ki, belə dövlətlərin siyahısını təsdiq edən sərəncamı Rusiya hökumətinin sədri Mixail Mişustin imzalayıb.

Siyahıya 30-dan çox ölkə - Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Əlcəzair, Banqladeş, Bəhreyn, Braziliya, Venesuela, Vyetnam, Misir, Hindistan, İndoneziya, İran, Qazaxıstan, Qətər, Çin, Kuba, Malayziya, Mərakeş, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Serbiya, Tayland, Türkiyə, Cənubi Afrika daxildir.

Qərar 2023-cü ilin iyulunda qəbul edilmiş "Mütəşəkkil ticarət haqqında” Federal Qanunun yeni normalarını həyata keçirmək üçün hazırlanıb.

Bu normalar dost və neytral ölkələrin milli valyutalarının birbaşa konvertasiyası mexanizminin səmərəliliyinin artırılmasına və Rusiya iqtisadiyyatının milli valyutada hesablaşmalara olan tələbatının ödənilməsi üçün rubla birbaşa kotirovkaların formalaşdırılmasına yönəlib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında vurulan gəmidə itkin düşənlər var
Dünya 17:33
Hörmüz boğazında vurulan gəmidə itkin düşənlər var

İspaniya İsraildəki səfirini geri çağırıb
Dünya 17:05
İspaniya İsraildəki səfirini geri çağırıb
İsrail İran və Livana qarşı yeni zərbə dalğasına başlayıb
Dünya 15:16
İsrail İran və Livana qarşı yeni zərbə dalğasına başlayıb
Ərdoğan İran və İsrail-ABŞ müharibəsinin dayandırılmasına çağırış edib
Dünya 14:57
Ərdoğan İran və İsrail-ABŞ müharibəsinin dayandırılmasına çağırış edib
İlber Ortaylı xəstəxanaya yerləşdirilib, reanimasiyadadır
Dünya 14:17
İlber Ortaylı xəstəxanaya yerləşdirilib, reanimasiyadadır

Putin 21 yaşlı əsgərəyüksək mükafat verib
Dünya 13:35
Putin 21 yaşlı əsgərəyüksək mükafat verib


İran ABŞ-ın Ərbildəki hərbi bazasına raket zərbəsi endirib
Dünya 12:47
İran ABŞ-ın Ərbildəki hərbi bazasına raket zərbəsi endirib
BƏƏ sahilində konteyner gəmisi mərmi ilə vurulub
Dünya 10:54
BƏƏ sahilində konteyner gəmisi mərmi ilə vurulub
Şimali Koreya İrana dəstək olub
Dünya 10:27
Şimali Koreya İrana dəstək olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol