• $ 1.7
  • € 1.9604
  • ₽ 0.021022
  • ₺ 0.0444
  • £ 2.2786

İtaliyada beynəlxalq qeyri-qanuni yayım şəbəkəsi aşkarlanıb

İtaliyada beynəlxalq qeyri-qanuni yayım şəbəkəsi aşkarlanıb
27.11.2024 15:44
İtaliya polisi digər Aİ ölkələrinin hüquq-mühafizə orqanları ilə birlikdə 22 milyondan çox insanın istifadə etdiyi beynəlxalq qeyri-qanuni yayım şəbəkəsini aşkar edib. Bu barədə Fanpage Kataniya polisinə istinadən xəbər verir.


Açıqlamaya görə, bu, İtaliya və Avropada audiovizual sektorda həyata keçirilən ən böyük antipirat əməliyyatı olub. Belə ki, İtaliya polis bölməsinin kibercinayətlərin araşdırılması üzrə ixtisaslaşmış 270-dən çox əməkdaşı ölkənin 15 regionunda 89 axtarış aparıb.


Beynəlxalq əməkdaşlıq çərçivəsində Böyük Britaniya, Hollandiya, İsveç, İsveçrə, Rumıniya və Xorvatiyada da 14 axtarış aparılıb.


Xorvatiya polisinin qeyri-qanuni yayım şəbəkəsində iştirakda şübhəli bilinərək 11 nəfəri saxladığı bildirilir.


İtaliya polisi hələlik bütün məlumatları açıqlamayıb, noyabrın 27-nə planlaşdırılan mətbuat konfransı çərçivəsində əməliyyatın təfərrüatlarını açıqlamağa söz verib.


Fanpage vurğulayır ki, audiovizual piratçılıq təkcə müəllif hüquqlarının qorunması üçün deyil, həm də məzmun istehsalının iqtisadiyyatı üçün ciddi problem yaradır. Əyləncə sənayesi piratçılıq səbəbindən hər il milyardlarla dollar itkiyə məruz qalır, istehsalçılar və məzmun yaradıcıları tərəfindən böyüməyə və investisiyaya mane olur.
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Bəşər Əsədi ekstradisiya etməkdən imtina edib
Dünya 00:06
Rusiya Bəşər Əsədi ekstradisiya etməkdən imtina edib
Uitkoff aprelin 25-də Putinlə görüşə bilər - KİV
Dünya 22:16
Uitkoff aprelin 25-də Putinlə görüşə bilər - KİV
İstanbulda baş verən zəlzələdə 240-a yaxın şəxs xəsarət alıb - Yenilənib
Dünya 22:00
İstanbulda baş verən zəlzələdə 240-a yaxın şəxs xəsarət alıb - Yenilənib
Avropa Komissiyası "Apple" və "Meta"nı cərimələyib
Dünya 21:18
Avropa Komissiyası "Apple" və "Meta"nı cərimələyib
İsraildə meşə yanğınları başlayıb
Dünya 19:55
İsraildə meşə yanğınları başlayıb
ABŞ İran danışıqlarının üçüncü raundunun keçiriləcəyi yer və tarix açıqlanıb
Dünya 19:48
ABŞ İran danışıqlarının üçüncü raundunun keçiriləcəyi yer və tarix açıqlanıb
Pezeşkian Çinə səfər edəcək
Dünya 18:57
Pezeşkian Çinə səfər edəcək
Britaniya parlamenti üzvlərinin Rusiyaya girişinə qadağa qoyulub
Dünya 18:06
Britaniya parlamenti üzvlərinin Rusiyaya girişinə qadağa qoyulub
İstanbulda məktəblərdə 2 gün tətil elan edilib
Dünya 17:38
İstanbulda məktəblərdə 2 gün tətil elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol