• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Tramp ilin adamı seçilib

Tramp ilin adamı seçilib
12.12.2024 17:25
Time jurnalı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı ilin adamı elan edib. Bu barədə jurnalın müvafiq başlıqlı məqaləsində deyilir.

Bildirilib ki, bununla bağlı cümə axşamı, dekabrın 12-də respublikaçı Nyu-York Birjasının açılışında iştirak edəcək və ticarətin başlanğıcını qeyd edən zəngi çalacaq.

İlin adamı adına ümumilikdə on nəfərin namizədliyi irəli sürülüb. Jurnal Trampdan başqa, ölkənin hazırkı prezidenti Co Baydenin yarışdan kənarlaşdırılaraq Trampa uduzmasından sonra Amerika dövlətinin başçısı postu uğrunda mübarizəyə girən ABŞ-ın vitse-prezidenti Kamala Harrisə də diqqət çəkib. Bundan əlavə, siyahıya SpaceX və Tesla-nın qurucusu, Amerika prezidentinin yeni administrasiyasında yer almış milyarder iş adamı İlon Mask daxil edilib.

Siyahıda həmçinin bu il xərçəng diaqnozu qoyulmuş Uels şahzadəsi Keyt Middlton, həmçinin İsrailin baş naziri Binyamin Netanyahu və digər siyasi və ictimai xadimlər yer alıb.

1927-ci ildən bəri "Time" dekabr sayında "İlin adamı" elan edir və onun şəklini jurnalın üz qabığında yerləşdirir. Başlığın verilməsi barədə qərarı redaktorlar qəbul edir. 


Tramp bundan əvvəl 2016-cı ildə ABŞ prezident seçkilərində siyasətçinin ilk qələbəsindən sonra İlin Adamı adını alıb.
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğanın Suriyaya səfəri gözlənilir
Dünya 09:30
Ərdoğanın Suriyaya səfəri gözlənilir
Əsəd ilk dəfə Suriyadan necə getdiyini şərh edib
Dünya 17:09
Əsəd ilk dəfə Suriyadan necə getdiyini şərh edib
Rusiyanı
Dünya 16:15
Rusiyanı "qırmızı xət"ə çatdırırlar - Putin
Avropa Komissiyasının sədri Ərdoğanla görüşəcək
Dünya 17:30
Avropa Komissiyasının sədri Ərdoğanla görüşəcək
Tramp ilin adamı seçilib
Dünya 17:25
Tramp ilin adamı seçilib
Əsəd Rusiya kəşfiyyatçılarının köməyi ilə ölkəni tərk edib
Dünya 14:33
Əsəd Rusiya kəşfiyyatçılarının köməyi ilə ölkəni tərk edib
Bəşər Əsəd və onun ailəsi Rusiyaya gəlib
Dünya 22:30
Bəşər Əsəd və onun ailəsi Rusiyaya gəlib
Trampın çağırışından sonra Rusiya Ukrayna ilə danışıqlara açıqdır
Dünya 22:14
Trampın çağırışından sonra Rusiya Ukrayna ilə danışıqlara açıqdır
ABŞ Gürcüstana qarşı yeni sanksiyalar hazırlayır - Blinken
Dünya 11:36
ABŞ Gürcüstana qarşı yeni sanksiyalar hazırlayır - Blinken
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol