• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanı "qırmızı xət"ə çatdırırlar - Putin

Rusiyanı "qırmızı xət"ə çatdırırlar  - Putin
16.12.2024 16:15
Dünyada hərbi-siyasi vəziyyət mürəkkəb və qeyri-sabit olaraq qalır, bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Qərb Rusiyanı "qırmızı xət"ə qədər təzyiq altında saxlayır və Moskvanın cavabından sonra öz əhalisini "əvvəllər sovet, indi isə Rusiya təhlükəsi" ilə qorxudur.

Putin bildirib ki, ABŞ dünya ictimaiyyətinə öz qaydalarını diktə edir və onları istədiyi kimi dəyişdirir.

"ABŞ üçün yeganə sabit qayda var: qaydasızlıq. Narazı dövlətlərə qarşı isə hibrid müharibələr aparılır və "çevrələmə" siyasəti həyata keçirilir", -  Putin bildirib. 

O qeyd edib ki, ABŞ-ın Avropadakı hərbi qüvvələrinin sayı 100 min nəfəri keçib. NATO ölkələri hərbi xərcləri artırır və Rusiya sərhədləri yaxınlığında zərbə qüvvələri yaradır. 

"ABŞ-ın təşəbbüsü ilə onilliklər ərzində formalaşmış təhlükəsizlik arxitekturasını pozan yeni hərbi-siyasi ittifaqlar yaradılır".

Müdafiə Nazirliyinin kollegiyasında çıxış edərkən Putin bəyan edib ki, ABŞ orta və kiçik mənzilli raketləri yerləşdirməyə başlasa, Rusiya bu sistemlərin yerləşdirilməsinə dair könüllü məhdudiyyətlərdən imtina edəcək. O, qeyri-strateji nüvə qüvvələrinin daima hazır vəziyyətdə saxlanılmasını tapşırıb. Putin əlavə edib ki, ölkənin strateji nüvə qüvvələrində müasir silahların payı artıq 95%-ə çatıb. Bu qüvvələri "sabitliyin, suverenliyin və Rusiyanın ərazi bütövlüyünün qorunmasının əsas alətlərindən biri" adlandırıb və yeni sistemlərin və komplekslərin yaradılması üzərində işləməyi tapşırıb.

"Bizə nüvə silahı ilə təhdid etməkdə ittiham etməsinlər",  - Putin əlavə edib.

"Oreşnik" raket komplekslərinin seriyalı istehsalına toxunan Putin bildirib ki, "bu komplekslərin Rusiyanın və müttəfiqlərimizin təhlükəsizliyini qorumaq üçün yaxın vaxtlarda seriyalı istehsalı təmin edilməlidir".
 
N.Təbrizli






www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol