• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

BMT-nin baş katibi Yəmən və İsrail arasında münaqişənin kəskinləşməsini pisləyib

BMT-nin baş katibi Yəmən və İsrail arasında münaqişənin kəskinləşməsini pisləyib
27.12.2024 17:38
BMT-nin baş katibi Antonio Quterreş "Yəmən və İsrail arasında münaqişənin gərginləşməsini” pisləyib. Bu barədə onun adından BMT-nin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Dünya təşkilatının rəhbəri İsrailin Səna beynəlxalq hava limanına, Qırmızı dəniz limanlarına və Yəməndəki elektrik stansiyalarına zərbələr endirməsindən xüsusi narahatlığını ifadə edib. Zərbələr nəticəsində azı 3 nəfərin öldüyü, onlarla insanın, o cümlədən BMT-nin Humanitar Aviasiya Xidmətinin ekipaj üzvü olduğu bildirilir.

"Bugünkü hava hücumları husilərin Qırmızı dənizdə və bölgədə mülki şəxsləri, regional sabitliyi və dəniz naviqasiyası azadlığını təhdid edən bir il davam edən eskalator hərəkətlərinin ardıncadır”, - sənəddə qeyd edilir.
 
Baş katib vurğulamışdır ki, beynəlxalq hüquqa, o cümlədən humanitar hüquqa bütün hallarda hörmət edilməlidir.

BMT rəhbəri regionda daha da gərginləşəcəyindən ehtiyat edir və bir daha bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa və maksimum təmkinli olmağa çağırır.

Onun sözlərinə görə, milyonlarla insanın xilasedici yardıma ehtiyacı olduğu bir vaxtda Qırmızı dəniz limanlarına və Səna hava limanına endirilən zərbələr humanitar əməliyyatlar üçün ciddi təhlükə yaradır.
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ bir neçə ölkədə öz konsulluqlarını bağlaya bilər
Dünya 12:02
ABŞ bir neçə ölkədə öz konsulluqlarını bağlaya bilər
Apple dördüncü nəsil iPhone elanının təqdimat tarixi açıqlanıb
Dünya 11:45
Apple dördüncü nəsil iPhone elanının təqdimat tarixi açıqlanıb
IDF raises level of readiness around Gaza, deploys reinforcements
Dünya 11:41
IDF raises level of readiness around Gaza, deploys reinforcements
Venesiyada turistlər üçün giriş haqqı qaldırılacaq
Dünya 11:30
Venesiyada turistlər üçün giriş haqqı qaldırılacaq
Apple Meksika körfəzinin adını dəyişib
Dünya 11:19
Apple Meksika körfəzinin adını dəyişib
Ukraynada kişilər ödənişlə hərbi xidmətdə ola biləcəklər
Dünya 10:57
Ukraynada kişilər ödənişlə hərbi xidmətdə ola biləcəklər
Türkiyədə qadın 1 yaşlı körpəsini dənizə atıb
Dünya 00:08
Türkiyədə qadın 1 yaşlı körpəsini dənizə atıb
Rusiya 2021-ci ildə həbs edilən amerikalını azad edir
Dünya 22:50
Rusiya 2021-ci ildə həbs edilən amerikalını azad edir
Ukrayna Avropaya qaz təklifi edib
Dünya 22:00
Ukrayna Avropaya qaz təklifi edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol