Daha 9 ölkə BRICS-in tərəfdaşı olacaq
![Daha 9 ölkə BRICS-in tərəfdaşı olacaq Daha 9 ölkə BRICS-in tərəfdaşı olacaq](https://anews.az/photo/850x500/2024-12/1735307952_brics-70-natios.jpg)
2025-ci il yanvarın 1-dən BRICS-ə 9 ölkə tərəfdaş ölkə qoşulacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"2025-ci il yanvarın 1-dən Belarus, Boliviya, Kuba, İndoneziya, Qazaxıstan, Malayziya, Tailand, Uqanda, Özbəkistan BRİKS-in tərəfdaş dövlətləri olacaqlar. Onlar belə statusu əldə etməyə hazır olduqlarını təsdiqləyiblər. Daha dörd nəfərə tərəfdaş olmaq üçün dəvət göndərilib”, - nazirlikdən bildiriblər.
Açıqlamaya görə, Braziliyanın BRİKS-ə sədrliyi ölkələrin təsdiqini alan kimi tərəfdaşlıq statusunu aldığını elan edəcək.
BRİKS qrupu 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb, Cənubi Afrika isə 2011-ci ildə ona qoşulub. 1 yanvar 2024-cü ildə Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri onun tam hüquqlu üzvü olub. Rusiyanın assosiasiyaya sədrliyinin əsas hadisəsinə çevrilən 16-cı BRİKS sammiti oktyabrın 22-24-də Kazanda baş tutub. Sammitdə BRİKS-ə üzv ölkələrin liderləri ilə yanaşı, BMT-nin baş katibi Antonio Quterreş və Türkiyə və Fələstin kimi BRİKS-ə üzv olmayan bir sıra dövlətlərin başçıları da iştirak ediblər.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)