Dövlət Duması AZAL-ın təyyarəsi ilə qəzada Ukraynanı günahlandırıb
![Dövlət Duması AZAL-ın təyyarəsi ilə qəzada Ukraynanı günahlandırıb Dövlət Duması AZAL-ın təyyarəsi ilə qəzada Ukraynanı günahlandırıb](https://anews.az/photo/850x500/2024-12/1735488354_upload-2024-12-25t093707z_721722385_rc25vbaeilid_rtrmadp_3_kazaknstan-crasn-pic_32ratio_1200x800-1200x800-41314.jpg)
Dövlət Dumasının deputatı , müdafiə komitəsi sədrinin birinci müavini Aleksey Juravlev RT- yə müsahibəsində Aktauda Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasında Ukraynanın əli olduğunu açıqlayıb.
Juravlev hesab edir ki, təyyarə qəzası "Kiyev rejiminin hərbi cinayətlərinin nəhəng siyahısına” daxil edilməli və Ukrayna prezidenti Vladimir Zelenskiyə və onun komandasına, həmçinin Kiyevi silahla təchiz edən ölkələrə müvafiq suallar verilməlidir.
www.anews.az
"Fövqəladə vəziyyəti Ukrayna pilotsuz təyyarələri yaradıb və onların iştirakı olmadan Bakı - Qroznı reysi sakit şəkildə təyinat hava limanına enəcəkdi”, - deputat bildirib.
Dekabrın 25-də Azərbaycana məxsus sərnişin təyyarəsi Qazaxıstanda qəza enişi edib. Hadisə nəticəsində 29 nəfər sağ qalıb, 38 nəfər həlak olub.
Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-da matəm günü elan edilib.
Prezident ekipaj üzvlərinə sərəncam imzalayaraq ölümdən sonra Milli Qəhrəman adı verib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)