Türkiyə 4 PKK üzvünü zərərsizləşdirib
![Türkiyə 4 PKK üzvünü zərərsizləşdirib Türkiyə 4 PKK üzvünü zərərsizləşdirib](https://anews.az/photo/850x500/2024-12/1735492567_cfd028cf-8c6m7dc3q8orou2losvzim.jpeg)
Türkiyə silahlı qüvvələri Şimali İraq və Suriyada Kürdüstan Fəhlə Partiyasının (PKK/YPG) 4 terrorçusunu zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin X sosial şəbəkəsində (keçmiş Twitter) dərc olunmuş mesajında deyilir.
www.anews.az
"İraqın şimalındakı Pençe-Kilit əməliyyatı bölgəsində iki PKK terrorçusu, Suriyanın şimalında "Fərat Qalxanı” (Fırat Kalkanı) əməliyyatı bölgəsində daha iki YPG terrorçusu (PKK-nın Suriya qanadı) zərərsizləşdirilib. ", - nazirliyin yaydığı məlumatda deyilir.
Türkiyə departamenti onu da vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri terroru mənbəyində məhv etmək əzmindədir və bütün imkanlara malikdir.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)