• $
  • £

Tramp Meksika ilə razılaşıb, Avropa ilə gərginlik davam edir

Tramp Meksika ilə razılaşıb, Avropa ilə gərginlik davam edir
03.02.2025 21:53
ABŞ Prezidenti Donald Tramp Meksika mallarına tətbiq edilən 25%-lik gömrük rüsumunun tətbiqini bir ay müddətinə dayandırıb. Bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum X sosial şəbəkəsində məlumat verib.

Tərəflər aparılan danışıqlar nəticəsində razılığa gələrək bir neçə bənddən saziş tərtib edib. 
 
Birincisi, Meksika dərhal şimal sərhədində nəzarəti gücləndirmək üçün 10 min Milli Qvardiya əsgərini yerləşdirəcək. Bu addım Meksikadan ABŞ-a, xüsusilə fentanil kimi narkotiklərin qanunsuz axınının qarşısını almağa imkan verəcək.

ABŞ isə öz növbəsində Meksikaya qeyri-qanuni silah tədarükünün qarşısını almaq öhdəliyini götürüb.
 
Britaniyanın The Spectator nəşrinin köşə yazarı Metyu Linn hesab edir ki, Avropa mümkün ticarət müharibəsində ABŞ-a qalib gələ bilməz.

O vurğulayıb ki, Avropa iqtisadiyyatını həddən artıq yüksək vergilər və sərt tənzimləmə ilə zəiflədib. Bundan əlavə, bu il Avrozonada artıq iqtisadi durğunluq müşahidə olunur.

Bundan əvvəl Donald Tramp bəyan etmişdi ki, avropalılar ABŞ-dan demək olar ki, heç nə – nə avtomobillər, nə də kənd təsərrüfatı məhsulları almırlar. 
 
O, həmçinin qeyd edib ki, ABŞ-ın Aİ ilə ikitərəfli ticarət balansındakı kəsiri 300-350 milyard dolları ötür.
 
N.Təbrizli











www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:10
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
Dünya 20:04
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
İran ordusu Türkiyəyə raket hücumu edib
Dünya 18:31
İran ordusu Türkiyəyə raket hücumu edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol