• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Ərdoğan Trampı tənqid edib

Ərdoğan Trampı tənqid edib
10.02.2025 11:41
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın fələstinlilərin Qəzza zolağından mümkün köçürülməsi ilə bağlı açıqlamalarına münasibət bildirib və onların öz torpaqlarında qalacaqlarını vurğulayıb. Bu barədə Türkiyə lideri jurnalistlərə açıqlamasında deyib. 
 
"Heç kim Qəzzə xalqını əzəli və dəyişməz vətənlərindən çıxara bilməyəcək. Qəzza, İordan çayının qərb sahili və Şərqi Qüds də daxil
olmaqla Fələstin fələstinlilərə məxsusdur. Qəzza xalqı 471 gündür ki, İsrailin bütün qəddarlıq və təcavüzlərinə baxmayaraq, öz torpaqlarında qalmağa, Qəzzada yaşamağa  və onu müdafiə etməyə davam edir”, -  Ərdoğan bildirib.

Fevralın 5-də Tramp fələstinlilər oradan qonşu ölkələrə, xüsusilə Misir və İordaniyaya köçürüldükdən sonra Qəzza zolağına nəzarəti ələ keçirmək niyyətində olduğunu  açıqlayıb. İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında o, ABŞ-ın regionun bərpasına və iş yerlərinin yaradılmasına, həmçinin partlamamış hərbi sursat və digər silahlardan yaranan təhlükənin aradan qaldırılmasına cavabdeh olacağını vəd edib.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaponiya Ukraynanın bərpasına maliyyə yardımı ayırıb
Dünya 17:48
Yaponiya Ukraynanın bərpasına maliyyə yardımı ayırıb
Britaniya altı Rusiya vətəndaşı və iki şirkətə qarşı sanksiya tətbiq edir
Dünya 17:33
Britaniya altı Rusiya vətəndaşı və iki şirkətə qarşı sanksiya tətbiq edir
Trampın nümayəndəsi Ukraynaya səfərə hazırlaşır
Dünya 17:04
Trampın nümayəndəsi Ukraynaya səfərə hazırlaşır
Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb
Siyasət 15:15
Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb
Aİ süni intellektə 200 milyard avro sərmayə qoyacaq
Dünya 15:13
Aİ süni intellektə 200 milyard avro sərmayə qoyacaq
“Google” Meksika körfəzini Amerika körfəzi kimi göstərəcək
Dünya 14:08
“Google” Meksika körfəzini Amerika körfəzi kimi göstərəcək
Ukraynaya sülhməramlılar göndərə biləcək Avropa ölkələrinin adı açıqlanıb
Dünya 12:32
Ukraynaya sülhməramlılar göndərə biləcək Avropa ölkələrinin adı açıqlanıb
Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
Dünya 00:05
Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
Paşinyan Makronla sülh prosesini müzakirə edib
Dünya 22:57
Paşinyan Makronla sülh prosesini müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol