Ukraynada kişilər ödənişlə hərbi xidmətdə ola biləcəklər
![Ukraynada kişilər ödənişlə hərbi xidmətdə ola biləcəklər Ukraynada kişilər ödənişlə hərbi xidmətdə ola biləcəklər](https://anews.az/photo/850x500/2025/02/12/1739343856_1713853890-1713852268-ukraina.jpg)
Ukrayna Müdafiə Nazirliyi 18-24 yaşlı kişilərin müqavilə əsasında xidmətə qəbuluna başlandığını elan edib. Bu barədə TASS məlumat yayıb.
Nazirliyin məlumatına görə, həmin şəxslər 1 milyon qrivna (təxminən 24 min dollar) məbləğində müqavilə 1 il müddətinə hərbi xidmətdə müqavilə ilə olacaqlar.
Bundan əlavə, 120 min qrivenə (2900 dollar) qədər aylıq əmək haqqı vəd edilib.
Məlumata görə, irəliləyən vaxtlarda müqavilənin uzadılması prosesi də ola bilər.
Ukraynada səfərbərlik yaşının 18-ə endirilməsi məsələsi müzakirə olunur. Ancaq bununla bağlı hələlik rəsmi bir məlumat yoxdur.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)