Venesiyada turistlər üçün giriş haqqı qaldırılacaq
![Venesiyada turistlər üçün giriş haqqı qaldırılacaq Venesiyada turistlər üçün giriş haqqı qaldırılacaq](https://anews.az/photo/850x500/2025/02/12/1739345687_1694175825_screenshot_2.jpg)
Venesiyada turistlər üçün giriş haqqı 5 avrodan 10 avroya qaldırılacaq. Bu barədə “CNN” məlumat yayıb.
Bildirilib ki, qiymət artımı son anda səfər edən turistlər üçün nəzərdə tutulub.
Yeni qaydalara əsasən, giriş haqqının tətbiq edildiyi günlərin sayı da artırılıb.
Məkana giriş haqqı səhər saat 08:30-dan 16:00-a qədər şəhərdə qalan, lakin gecələməyən turistlər üçün müəyyən edilib.
Giriş haqqını ödəməyənlər yerli hakimiyyət orqanları tərəfindən aşkar edilərsə, bilet pulundan əlavə 50-300 avro arasında inzibati cərimə də ödəməli olacaqlar.
Bu qərarın verilməsinə səbəb, şəhərdə olan sıxlığın aradan qaldırılmasıdır.
Aytac
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)