• $ 1.7
  • € 1.8431
  • ₽ 1.9726
  • ₺ 0.0463
  • £ 2.2001

Avropanın 7 ölkəsi Ukrayna ilə danışıqlarla bağlı birgə bəyanat yayıb

Avropanın 7 ölkəsi Ukrayna ilə danışıqlarla bağlı birgə bəyanat yayıb
13.02.2025 09:59

Fransa, Almaniya, Böyük Britaniya və bir sıra digər Avropa ölkələri Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək istəyirlər. Bu barədə Guardian nəşri Parisdə xarici işlər nazirlərinin görüşündən sonra yeddi Avropa ölkəsi və Avropa Komissiyasının birgə bəyanatına istinadan yazıb.

 “Ukrayna və Avropa istənilən danışıqlara daxil edilməlidir. Ukrayna güclü təhlükəsizlik zəmanəti almalıdır. Ukraynada ədalətli və davamlı sülhün bərqərar olması təmin edilməlidir”, - bəyanatda deyilir.

Avropa ölkələri ABŞ-ın müttəfiqləri ilə bu mövzuda müzakirələr aparmağı gözlədiklərini vurğulayıblar.

Görüş ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə danışdığını və ikisinin Ukraynada müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlamağa hazır olduğunu bəyan etməsindən sonra baş tutub.

Guardian yazır ki, bu hadisələr Avropada ciddi narahatlığa səbəb olub, çünki Avropa liderlərinin fikrincə, Tramp və Putin Avropanın iştirakı olmadan qitənin təhlükəsizliyinin gələcəyi ilə bağlı danışıqlar aparırlar.

“Ukraynada avropalıların iştirakı olmadan ədalətli və davamlı sülh ola bilməz”, - Fransanın xarici işlər naziri Jan-Noel Barron Parisdə keçirilən görüşdə deyib. İclasda Fransa, Böyük Britaniya, Almaniya, Polşa, İtaliya, İspaniya, Ukrayna və Avropa Komissiyasının nümayəndələri iştirak ediblər.

Almaniyanın xarici işlər naziri Annalena Berbok və İspaniyanın xarici işlər naziri Xose Manuel Alvares Bueno vurğulayıblar ki, Ukrayna ilə bağlı heç bir qərar “Ukraynasız” qəbul edilə bilməz və Aİ ölkələri vahid mövqedən çıxış etməlidirlər.

"Biz Ukraynada sülh istəyirik, lakin ədalətsiz müharibənin ədalətli sülhlə başa çatmasını istəyirik", - Albarez Bueno bildirib.

Polşanın xarici işlər naziri Radoslav Sikorski görüş zamanı “ABŞ ilə əməkdaşlığın davam etdirilməsinin” müzakirə olunan məsələlər arasında olduğunu qeyd edib.

“Qitəmizin təhlükəsizliyinin ən yaxşı təminatı sıx transatlantik əməkdaşlıqdır”, - Sikorski əlavə edib.

Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci ilin fevralından başlayıb. Hazırda iki ölkə arasında gərginlik davam edir. 

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Makron Paşinyan arasında telefon danışığı olub
Dünya 23:30
Makron Paşinyan arasında telefon danışığı olub
Efiopiyada sərnişin avtobusu çaya düşüb, ölənlər və yaralılar var
Dünya 23:00
Efiopiyada sərnişin avtobusu çaya düşüb, ölənlər və yaralılar var
Roma Papası dindarlara müraciət edib
Dünya 18:59
Roma Papası dindarlara müraciət edib
Ərdoğan və Tramp arasında telefon danışığı olub
Dünya 18:25
Ərdoğan və Tramp arasında telefon danışığı olub
Belqradda etiraz aksiyası iğtişaşlara çevrilir
Dünya 17:54
Belqradda etiraz aksiyası iğtişaşlara çevrilir
Şimali Makedoniyada konsert zamanı yanğın baş verib, 50 nəfər ölüb
Dünya 12:15
Şimali Makedoniyada konsert zamanı yanğın baş verib, 50 nəfər ölüb
ABŞ-nin Yəmənə endirdiyi zərbələr nəticəsində azı 31 nəfər ölüb
Dünya 10:50
ABŞ-nin Yəmənə endirdiyi zərbələr nəticəsində azı 31 nəfər ölüb
“Amerikanın səsi” 83 ildən sonra fəaliyyətini dayandırıb
Dünya 09:47
“Amerikanın səsi” 83 ildən sonra fəaliyyətini dayandırıb
Çin Ukrayna ilə ticarət sazişi imzalayıb
Dünya 09:32
Çin Ukrayna ilə ticarət sazişi imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol