Gürcüstanın ən böyük müxalifət telekanalı yayımını dayandırıb
![Gürcüstanın ən böyük müxalifət telekanalı yayımını dayandırıb Gürcüstanın ən böyük müxalifət telekanalı yayımını dayandırıb](https://anews.az/photo/850x500/2025/02/15/1739626352_823079_src.jpg)
Gürcüstanın ən böyük müxalifət telekanalı Mtavari Arxi həmtəsisçisi, iş adamı Zaza Okuaşvilini günahlandıraraq, canlı verilişlərinin yayımını dayandırıb.Bu barədə “Sputnik-Georgia”ya məlumat yayıb.
Hazırda bütün xəbər buraxılışlarının, analitik proqramların və tok-şouların yayımı dayandırılıb.
“Gündəlik əlavə xərclərlə bağlı olan bütün canlı yayımlar dayandırılıb. Gündəlik əməliyyatlar üçün vəsaitimiz qalmayıb”, - deyə məlumatda bildirilir.
Mtavari Arkhi müxalifət telekanalları arasında ən çox reklam gəlirinə malik telekanaldır və ən çox maliyyə vəsaiti alan Gürcüstan telekanalları arasında ilk beşliyə daxildir. Təkcə 2024-cü ildə onun gəliri təxminən 10 milyon lari təşkil edib.
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)