G7 xarici işlər nazirlərinin növbəti görüşü Kanadada keçiriləcək
![G7 xarici işlər nazirlərinin növbəti görüşü Kanadada keçiriləcək G7 xarici işlər nazirlərinin növbəti görüşü Kanadada keçiriləcək](https://anews.az/photo/850x500/2025/02/15/1739644538_1731826948_1246797.jpg)
Yeddilik Qrupunun (G7 - Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) xarici işlər nazirlərinin növbəti görüşü 12-14 mart tarixləri arasında Kanadada keçiriləcək.Bu barədə Yeddilik Qrupunun xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekunlarına dair bəyanatda deyilir.
“Böyük yeddiliyin xarici işlər nazirləri martın 12-dən 14-dək Kanadanın Kvebek ştatının Şarlevua şəhərində görüşməyi səbirsizliklə gözləyirlər”, - bəyanatda deyilir.
2025-ci ildə G7-yə Kanada sədrlik edir. Şarlevua şəhəri 2018-ci ildə G7 sammitinə ev sahibliyi edib.
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)