Sergey Lavrovla Marko Rubio arasında telefon danışığı olub

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
Lavrov və Rubio Rusiya-ABŞ münasibətlərindəki problemləri həll etmək üçün kommunikasiya kanalını saxlamaq barədə razılığa gəlib.
Tərəflər Rusiya ilə ABŞ arasında qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası dialoqun bərpası üçün birgə işləməyə hazır olduqlarını təsdiq ediblər.
Xarici siyasət idarələrinin rəhbərləri Ukrayna, eləcə də Fələstin ətrafında münaqişənin həllində əməkdaşlığa sadiq olduqlarını bildiriblər.
Həmçinin Rusiya və ABŞ xarici nümayəndəliklərinin işinə maneələrin aradan qaldırılması üçün yaxın vaxtlarda ekspertlərin görüşünün təşkili barədə razılıq əldə olunub.
Son xəbərlər
Daha çox 