Putin Zelenski ilə görüşə hazırdır - Peskov

Rusiya prezidenti Vladimir Putin lazım gələrsə, Ukraynadakı münaqişənin həlli ilə bağlı bu ölkənin prezidenti Vladimir Zelenski ilə danışıqlarda iştirak etməyə hazırdır. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə məlumat verib.
O, jurnalistlərə xatırladıb ki, Putin Ukraynanın hazırkı lideri ilə danışıqlara hazır olduğunu dəfələrlə bəyan edib.
Rusiya Vladimir Zelenskinin prezidentlik müddəti 2024-cü ilin mayında başa çatdıqdan sonra onu Ukraynanın qeyri-legitim prezidenti hesab edir. Hakimiyyət hərbi vəziyyəti əsas gətirərək ölkədə seçki keçirməkdən imtina edib.
Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndələri arasında Ukrayna üzrə danışıqlar başlayıb. Tədbir Ukrayna nizamlanması üzrə mümkün təmasların hazırlanmasına və Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında görüşlərin təşkilinə həsr olunub.
Rusiya ilə Ukraynada arasında müharibə 2022-ci ilin fevralında başlayıb. İki ölkə arasında gərginlik hazırda da davam edir.
Gülnar