Ərdoğan yenidən AKP başqanı seçilib

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) bu gün Ankarada keçirilən 8-ci növbədənkənar qurultayında ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən başqan seçilib.Bu barədə partiyanın “X” hesabında paylaşım edilib.
Bununla partiyanın idarə heyəti də yenilənib.
AKP-nin 8-ci növbədənkənar qurultayı Ankara İdman Salonunda keçirilib.
Bildirib ki, İdarə Heyətində 40 faiz kadr dəyişiklikləri olub. İdarəetməyə isə yeni adlar qatılıb.
Bu siyahıda Mövlud Çavuşoğlu və məşhur türk futbolçu Məsud Özilin də adı var.
Son xəbərlər
Daha çox 