Aİ Zelenskinin seçki keçirməkdən imtinasını dəstəkləyir

Avropa İttifaqı Ukrayna prezidenti Vladimir Zelenskinin seçkiləri hərbi əməliyyatlar zamanı keçirilə bilmədiyi üçün keçirməkdən imtina etməsini dəstəkləyir . Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Aİ xarici işlər nazirlərinin görüşünə gələrkən deyib.
“Seçkilərdə biz bir-birimizlə vuruşuruq, amma burada vəziyyət elədir ki, xarici düşmən var və biz bütün qüvvələri ona qarşı yönəltməliyik”, - Kallas bildirib.
Aİ-nin baş diplomatı həmçinin fevralın 25-də dövlət katibi Marko Rubio və digər Amerika siyasətçiləri ilə görüşmək üçün ABŞ- a səfər edəcəyini açıqlayıb.
Fevralın 23-də Zelenski ölkədə seçkilərin yalnız hərbi vəziyyət aradan qaldırıldıqdan sonra keçiriləcəyini bildirib.
Onun sözlərinə görə, o, istefa verməyə hazırdır, ancaq bu, sülhün əldə olunması üçün və ya Ukraynanın NATO- ya daxil olması müqabilində zəruridir.
Gülnar