Tramp ABŞ-da külək enerjisini iflic edib - The Wall Street

ABŞ prezidenti Donald Trampın siyasəti ABŞ-da külək enerjisi sektorunu iflic vəziyyətinə salıb. Bu barədə The Wall Street Journalı yazıb.
Qəzet yazır ki, Ağ Evə qayıdan Tramp sahil sularında və quruda külək elektrik stansiyalarının quraşdırılması üçün federal icazələrin verilməsini dayandıran, həmçinin artıq verilmiş lisenziyalara yenidən baxılması haqqında sərəncam imzalayıb. Bu tədbirlər qəbul edilməmişdən əvvəl başlanmış layihələr üzərində iş davam etsə də , onlara cəlb olunmuş şirkətlər qeyri - müəyyənlik içərisində qalır və bundan sonra onları nə gözlədiyini bilmirlər.
Xüsusilə, Fransanın TotalEnergies enerji şirkəti ABŞ- dakı dəniz külək layihələrini dörd il müddətinə təxirə salıb.
Britaniyanın neft və qaz nəhəngi Shell 1 milyard dollar itki ilə üzləşib. Danimarkanın enerji şirkəti Orsted - in itkiləri 1,7 milyard dollara çatıb.
Tramp yanvarın 21-də bəyan edib ki, ABŞ administrasiyası ölkədə karbohidrogen hasilatını artırmaq və külək enerjisinin inkişafından imtina etmək üçün tədbirlər görəcək.
Gülnar