Türkiyə Ukrayna ilə bağlı sülh danışıqları təşkil etməyə hazırdır

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Ukraynadakı münaqişənin həlli üçün sülh danışıqları təşkil etməyə hazır olduğunu təsdiqləyib. Bu barədə TASS türkiyəli nazirin sözlərini sitat gətirib.
Fevralın 26-da Ukrayna 2025-ci ildə münaqişədən sonra dövlətin bərpasına yönəlmiş layihələri əks etdirən sənədi Türkiyəyə təhvil verib.
Türkiyə qəzetinin məlumatına görə, sözügedən dosye enerji və enerji səmərəliliyi sahəsində layihələr, sosial ev layihələri və su təchizatı layihələrini əhatə edir.
Fevralın 24-də Ankaraya səfəri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ərdoğan tərəfindən qəbul edilib və respublikanın xarici işlər naziri Hakan Fidan ilə danışıqlar aparıb.
Tərəflər Moskva və Ankara arasında əməkdaşlığın inkişafı ilə bağlı əvvəlki razılaşmalara sadiq olduqlarını təsdiqləyiblər . Bundan əlavə, beynəlxalq gündəmdə olan məsələlər müzakirə edilib.
Aytac
Son xəbərlər
Daha çox 