• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

Tramp ingilis dilini ABŞ-nin rəsmi dili kimi tanıyan fərman imzalayıb

Tramp ingilis dilini ABŞ-nin rəsmi dili kimi tanıyan fərman imzalayıb
02.03.2025 08:41

Donald Tramp ingilis dilini ABŞ-ın rəsmi dili kimi tanıyan fərman imzalayıb.Sənədin mətnini Ağ Evin Mətbuat xidməti yayıb.

“Bu sərəncam ingilis dilini ABŞ-nin rəsmi dili kimi müəyyən edir”, - sənəddə deyilir.

"Müstəqillik Bəyannaməsi və Konstitusiya da daxil olmaqla, tarixi idarəedici sənədlərimiz ingilis dilində yazılıb. Buna görə də ingilis dilinin ABŞ-nin rəsmi dili elan edilməsi çoxdan zəruridir", - fərmanda deyilir.

Görülən tədbirlərin ölkə vətəndaşları üçün birliyə və ortaq Amerika mədəniyyətinin formalaşmasına təkan verəcəyi vurğulanır.

Sərəncam həmçinin məhdud ingilis dili biliyi olan şəxslərin xidmətlərə çıxışını yaxşılaşdırmaq üçün 2 000 sənədi ləğv edir.

ABŞ-nin Siyahıyaalma Bürosunun məlumatına görə, amerikalıların 78 %-dən çoxu gündəlik həyatlarında yalnız ingilis dilində danışırlar. Bununla belə, milyonlarla Amerika vətəndaşı və ölkəyə köçmüş insanlar Vyetnam, İspan və Çin kimi digər dillərdə də danışır. Məsələn, ispan dili ölkə əhalisinin təxminən 13 %-i üçün əsas dildir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Volodimir Zelenski Kral Çarlsla görüşüb
Dünya 22:33
Volodimir Zelenski Kral Çarlsla görüşüb
Papanın son durumu ilə bağlı açıqlama
Dünya 22:31
Papanın son durumu ilə bağlı açıqlama
Britaniya Ukraynaya 1,6 milyard funt sterlinq verəcək
Dünya 22:13
Britaniya Ukraynaya 1,6 milyard funt sterlinq verəcək
Rusiyada ticarət mərkəzində atışma olub,yaralananlar var
Dünya 20:25
Rusiyada ticarət mərkəzində atışma olub,yaralananlar var
London Sammiti başlayıb
Dünya 19:12
London Sammiti başlayıb
Qazaxıstanda bir ailənin 7 üzvü qazdan zəhərlənərək ölüb
Dünya 18:21
Qazaxıstanda bir ailənin 7 üzvü qazdan zəhərlənərək ölüb
Qəzzaya humanitar yardımlar dayandırılıb
Dünya 17:40
Qəzzaya humanitar yardımlar dayandırılıb
İsrail Qəzzaya PUA zərbəsi endirib, ölənlər var
Dünya 16:29
İsrail Qəzzaya PUA zərbəsi endirib, ölənlər var
İranın iqtisadiyyat naziri vəzifəsindən uzaqlaşdırılıb - Video
Dünya 15:43
İranın iqtisadiyyat naziri vəzifəsindən uzaqlaşdırılıb - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol