İsrail Qəzzaya elektrik enerji verilişini dayandırıb

İsrailin energetika naziri Eli Koen Qəzza zolağına elektrik enerjisinin kəsilməsi barədə göstəriş verib.Bu barədə İsrailin "Kan" dövlət televiziya və radio şirkəti bildirib.
Məlumata əsasən, İsrail anklavın mərkəzi hissəsində duzsuzlaşdırma qurğusunun fəaliyyətini təmin etmək üçün Qəzzaya elektrik enerjisi verib.
Bildirilib ki, Qəzzada əsas elektrik enerjisi generatorlar tərəfindən təmin edilir, lakin artıq bir həftədir ki, Zolaq onları işlətmək üçün yanacaq almır.
Son xəbərlər
Daha çox 