Çin yeni süni intellekt proqramını təqdim edib

Çinin Monica.im şirkəti Manus adlı yeni süni intellekt proqramını təqdim edib.
Manus ənənəvi süni intellekt köməkçilərindən üstün olmaqla mürəkkəb və dinamik problemləri həll etmək üçün nəzərdə tutulub. Sadəcə təkliflər və ya cavablar verən adi süni intellekt alətlərindən fərqli olaraq, Manus tam tapşırıqları təkbaşına yerinə yetirir.
Tərtibatçılar bu il müəyyən komponentləri, xüsusən də çıxarış mexanizmini açıq mənbə kimi təqdim etməyi planlaşdırırlar.
Layihənin rəhbəri Huazhong Elm və Texnologiya Universitetinin proqram mühəndisliyi fakültəsinin məzunu Xiao Honqdur. 2015-ci ildə o, Tencent və ZhenFund-dan maliyyə alan süni intellektlə işləyən köməkçi alətlər hazırlayan Ye Ying Technology şirkətini qurub.
Daha sonra o, Claude 3.5 və DeepSeek geniş miqyaslı dil modellərini birləşdirən və artıq xarici bazarlarda milyondan çox istifadəçiyə çatan süni intellekt köməkçisi Monika yaradıb.
Gülnar