Fransa 65 dövlətə silah çatdıraraq dünyanın ikinci ən böyük silah tədarükçüsü hesab olunur

Fransa 2020-2024-cü illərdə 65 dövlətə silah çatdıraraq dünyanın ikinci ən böyük silah tədarükçüsü olub. Bu barədə "Stokholm" Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun araşdırmasında bildirilib.
Məlumata görə, Fransanın digər Avropa dövlətlərinə əsas silah ixracı 2020-2024-cü illərdə üç dəfə artıb. Bu, Yunanıstan və Xorvatiyaya döyüş təyyarələrinin çatdırılması və Rusiyanın 2022-ci ildə tammiqyaslı işğalından sonra Ukraynaya silah tədarükü ilə bağlı olub.
Çin qlobal silah ixracının 5,9 faizi ilə 2020-2024-cü illərdə dördüncü ən böyük silah ixracatçısı olub. Çinin silah ixracını artırmaq cəhdlərinə baxmayaraq, bir çox böyük idxalçı Çin silahlarını siyasi səbəblərdən almadığı açıqlanıb.
Hindistan dünyanın ikinci ən böyük silah idxalçısı hesab olunur. Ancaq bununla belə 2020-2024-cü illər arasında istehsal 9,3 faiz azalıb.
Hindistan silah idxalının ən böyük payı (36 faiz) Rusiyadan gəlib ki, bu da və 2010-2014 (72 faiz) ilə müqayisədə əhəmiyyətli dərəcədə azdır. Pakistanın silah idxalı 2020-2024-cü illər arasında 61 faiz artıb. Çin, 2015-19-cu illərdəki 74 faizlə müqayisədə 2020-2024-cü illərdə Pakistanın silah idxalının 81 faizini təşkil edərək, tədarükçüsü kimi daha da üstün olub.
Aytac Zeynalova